Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Əhməd Rəcəbli küçəsinin bir hissəsində təmir işləri başa çatıb

Əhməd Rəcəbli küçəsinin bir hissəsində təmir işləri başa çatıb

21.10.2024 [17:16]

Bakının Əhməd Rəcəbli küçəsinin Cəfər Xəndan küçəsindən Ziya Bünyadov prospektinədək olan 810 metrlik hissəsi təmir edilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, aparılan işlər çərçivəsində ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, ardınca küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb.

Sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, həmçinin aidiyyəti qurum tərəfindən avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Paylaş:
Baxılıb: 440 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31