Son 1 ildə “E-Şikayət” sisteminə 3700-dən çox şikayət daxil olub
16.12.2024 [16:38]
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən 2023-cü ilin noyabr ayında yaradılan “E-Şikayət” sistemi üzərindən edilən vətəndaş müraciətlərinin sayı və dinamikası artmaqdadır.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, internet telekommunikasiya xidməti göstərən operator və provayderlərin də təklifləri nəzərə alınmaqla təkmilləşdirilən bu platforma üzərində hər bir operator və provayderin şəxsi kabineti var. İstehlakçılardan daxil olan şikayətlər birbaşa operator və provayderlərin şəxsi kabinetlərində əks olunur. Agentlik isə xidmət üzərindən prosesləri izləmək və təhlil etmək imkanı əldə edir.
2023-cü ilin oktyabr ayında operator və provayderlər, 2024-cü ilin mart ayında isə poçt (karqo) rabitəsi operatorları tərəfindən xidmətdən istifadənin effektivliyinin artırılması üçün “E-Şikayət” elektron xidməti üzrə təlimlər keçirilib. Eyni zamanda “E-Şikayət” sistemi üzrə operator, provayderlər və poçt rabitəsi operatorları üçün təlimatlar hazırlanıb. İstehlakçılardan operator və provayderlərə ünvanlanmış şikayətlərin son statusunu izləmək üçün agentlik tərəfindən onlayn rejimdə mütəmadi yenilənən şikayətlərin izləmə sistemi qurulub.
2024-cü il dekabrın 1-nə olan məlumata görə, “E-Şikayət” platformasına 3 745 müraciət daxil olub. Bu da gün ərzində orta hesabla 10 müraciət deməkdir. Həmin müraciətlərdən 3526-sı (94,15 faiz) telekommunikasiya, 219-u (5,85 faiz) isə poçt rabitəsi sahəsi ilə bağlı olub. Şikayətlərin dövrlər üzrə artım tempi sistemin zaman keçdikcə daha da aktuallaşmasına, istifadəçilərlə operator və provayderlər arasında körpü rolu oynamasına səbəb olub. Telekommunikasiya sahəsində (ümumilikdə 4 sahə – “İnternet telekommunikasiya xidmətləri (GPON, ADSL və s.)”, “Mobil internet”, “Mobil rabitə” və “Telefon rabitəsi”), 117 operator və provayderin şəxsi kabinetinə şikayətlər daxil olub. Şikayətlərin 66,28 faizi sabit internet xidmətlərini əhatə edir. Mobil rabitə barəsində olan şikayətlər 20,49 faiz, telefon rabitəsi barədə olan şikayətlər 10,31 faiz və mobil internet barəsində olan şikayətlər isə yerdə qalan 2,97 faizi təşkil edir.
Şikayətlər xarakterinə görə müxtəlif mövzular üzrə qruplaşdırılıb. “İnternet telekommunikasiya xidmətləri (GPON, ADSL və s.)” üzrə ən geniş yayılmış “Xidmət keyfiyyəti ilə bağlı” şikayətlərdir. Bu xarakteristikaya malik şikayətlər ümumi şikayətlərin 18,88 faizini əhatə edir. İkinci yerdə 17,28 faizlə “Xidmətin işləməməsi ilə bağlı” şikayətlərdir. “Əməkdaşlardan və ya xidmətdən narazılıq” alt kateqoriyası üzrə şikayətlərin həcmi 6,65 faizə bərabər olmaqla ilk üçlüyü tamamlayır. Bu 3 xarakteristika üzrə daxil olan şikayətlər internet telekommunikasiya xidmətləri üzrə ümumi şikayətlərin 42,81 faizini təşkil edir.
Platforma üzərindən daxil olan şikayətlərin çoxluğuna görə “Mobil rabitə” kateqoriyası ikinci yerdə qərarlaşıb. Belə ki, vətəndaş şikayətləri daha çox “Operator dəyişdirmə (nömrədaşıma)” (6,52 faiz), “Tariflərlə bağlı şikayət” (4,27 faiz) və “Operator və ya provayderin ümumi fəaliyyətindən narazılıq” (3,87 faiz) alt kateqoriyalarını əhatə edir.
“Telefon rabitəsi” sahəsi üzrə “Xidmətin işləməməsi ilə bağlı” (4,54 faiz), “Əməkdaşlardan və ya xidmətdən narazılıq” (1,31 faiz) və “İnfrastrukturla əlaqədar” (1,04 faiz) alt kateqoriyaları bu kateqoriya şikayətlərinin ilk üçlüyünü təşkil edir.
“Mobil internet” sahəsi üzrə şikayətlərdə “Operator dəyişdirmə (nömrədaşıma)” (0,83 faiz), “Operator və ya provayderin ümumi fəaliyyətindən narazılıq” (0,75 faiz) və “Tariflərlə bağlı şikayət” (0,37 faiz) alt kateqoriyaları ilk 3 yeri tutur.
Şikayətlərin coğrafiyasına gəldikdə, 52,55 faiz müraciət Bakı şəhərindən edilib. Eyni zamanda, Abşeron-Xırdalan üzrə şikayətlərin payı 8,49 faiz, Sumqayıt şəhəri üzrə 4,75 faiz, Lənkəran rayonu və Gəncə şəhərinin hər biri üzrə 2,22 faiz təşkil edib. Belə ki, agentliyə daxil olan şikayətlərin ümumilikdə 70,23 faizi bu 5 ərazi vahidinin payına düşüb. Digər ərazi vahidlərinin hər biri üzrə müraciətlərin faiz göstəricisi 2,2 faizdən aşağıdır. Amma ümumilikdə müraciətlərin 29,77 faizini təşkil edir.
Cari ilin aprel ayından etibarən “E-Şikayət” sistemi vasitəsilə poçt (karqo) rabitəsi operatorları ilə bağlı müraciətlərin qəbuluna da başlanıb. Belə ki, qısa zamanda bu istiqamətdə 219 müraciət daxil olub. Həmin müraciətlərin 62,56 faiz i sürətli poçt rabitəsi xidmətləri üzrə, 37,44 faizi isə universal poçt rabitəsi xidmətləri üzrə olub. Müraciətlərin təhlili onu göstərir ki, “E-Şikayət” sisteminə daha çox kişilər müraciət edir. Belə ki, ümumi şikayətlərin 82,78 faizi kişilər, 17,22 faizi isə qadınlar tərəfindən edilib.
Telekommunikasiya sahəsində edilən şikayətlərin 84,69 faizi kişilərə, 15,31 faizi qadınlara məxsusdur. Poçt rabitəsi sahəsindəki şikayətlərə diqqət etsək, burada kişi və qadınların nisbətinin bərabərliyə daha yaxın olduğunu görərik. Belə ki, qeyd edilən sahədə müraciət edənlərin 52,05 faizi kişi olduğu halda 47,95 faiz şikayətçi qadındır.
Qeyd edək ki, tənzimləyici qurumun monitorinq və hesabatlılıq mexanizmi işə düşdükdən sonra qeyd edilən kateqoriyalar üzrə vətəndaşların narazı qaldıqları məqamlar məlum olub. Qarşıdakı dövrlərdə aparılacaq müqayisəli təhlillər isə xidmət keyfiyyətinin artırılması və narazılıq yaradan məsələlərin aradan qaldırılması üzrə atılan addımların effektivliyinin hansı dərəcədə olduğunu müəyyən etməyə imkan yaradacaq.
Xəbər lenti
Hamısına baxİdman
06 Sentyabr 22:40
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02

