Yeni ilə hazırlıq...
30.12.2024 [10:16]
Bayram süfrəsi neçəyə başa gəlir?
Yeni ilə sayılı günlər qalıb. 2024-cü ili geridə qoyub, 2025-ci ili qarşılamağa hazırlıqlar görürük. Hər kəsin Yeni ildən gözləntiləri fərqli olsa da, ortaq arzumuz sevdiklərimizlə xoşbəxt, dinc və sağlam bir il keçirməkdir.
Təbii ki, digər bayramlar kimi Yeni ilin də olmazsa-olmazı bayram süfrələridir. “Yeni ili necə qarşılasan, bütün il də elə keçəcək” - deyirlər. Ona görə də bayram süfrələrini hazırlamaq üçün, “yaxşı bazarlıq” etmək vacibdir. Bayrama yaxın qiymətlərin artacağından narahat olanlar öncədən alış-verişə başlayıblar. Belə ki, hər il bayram ərəfəsində çəkilən xərclər ötən illə müqayisə olunur.
Maraqlıdır, bayram süfrəsi orta statistik azərbaycanlı ailəsi üçün neçəyə başa gəlir? Hansı məhsulların qiymətində artım müşahidə olunur?
4 nəfərlik ailə üçün...
Builki qiymətləri nəzərə alsaq, 4 nəfərlik ailənin bayram süfrəsi minimum 250-300, maksimum 350-400 və daha çox manat civarında olacaq. Bayram süfrəsini standart yeməklərlə - salat, dolma, plov ilə bəzəmək istəyirsə, ən azı 120-150 manat ödəməlidir. Bayram süfrəsində əvəzolunmaz yeri olan plov üçün ayrıca bu qədər xərc tələb olunur: 1 kq düyü - 3.80 AZN, 1 kq qaysı - 10-12 AZN, 1 kq kişmiş - 9 -14 AZN, 1 kq şabalıd - 8 AZN, 1 kq soğan - 0.50 - 1.20 AZN, 1 kq ət - 16-22 AZN.
Meyvə, pomidor, xiyar, şirə, çərəz, tort üçün isə 90-110 manata qədər xərc çəkmək tələb olunur.
Bazardakı qiymətlərə gəldikdə, ədviyyatın qiyməti çeşidinə görə dəyişir. Kərə yağının isə kiloqramı çeşidinə görə 18-25 manat arasıdır.
Bayram ərəfəsində balıq bazarında da canlanma var. Balıqların qiyməti 6 manatdan başlayır, 48 manatda yekunlaşır.
Quş məhsullarının qiyməti
Yeni il süfrəsini qəlyanaltılar və yeməkləri zəngin göstərə bilər. Adətən Yeni il süfrəsinin menyusu dedikdə ağla gələn ilk yemək hinduşka ətidir. Lakin bunu da almağa hər ailənin büdcəsi yetmir.
Hinduşka fərə- 48 AZN
Xoruz- 22-25 AZN
Kənd çolpası- 15 AZN
Yolkasız olmaz...
Yeni il bayramının ən önəmli simvollarından biri də məhz yolkadır. İstər uşaqların, istərsə də böyüklərin sevimlisi olan Yeni il yolkaları təkcə parklarda və ictimai yerlərdə deyil, evlərdə də həvəslə bəzədilir.
Hər il olduğu kimi, bu il də mağaza və onlayn satış platformalarında müxtəlif ölçülərdə və fərqli qiymətlərdə yolkalara və bəzək aksesuarlarına rast gəlmək mümkündür. Stolüstü suvenir yolkalar 3 manatdan 9 manata, digərləri isə hündürlüyünə görə 35 manatdan 150 manat və daha baha qiymətlərə təklif olunur.
Satıcılar deyirlər ki, ötən illə müqayisədə bəzi yolkaların qiymətində 25-30 faiz artım var. Məsələn, ötən il 1.20 metr ölçüdə olan bayram yolkası ötən bayram öncəsi minimum 90-100 manata satıldığı halda, bu il 150-200 manat arasında dəyişir. Bu qiymət süni, yəni plastik ağaclara aiddir. Əsl yolkalarda isə 1 metr 50 santimetrədək olan ölçülərin qiymətləri ən az 400-450 manatdır.
Yolka üçün bəzək aksesuarları da fərqli qiymətlərədir.
Bayram xərci ailələr üzrə dəyişir...
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən iqtisadçı Rəşad Həsənovun sözlərinə görə, ötən illərlə müqayisədə ərzaq məhsullarının qiymətində artım var: “Əvvəlki ilin noyabr ayı ilə müqayisədə görürik ki, bu ilin noyabr ayında qida məhsullarında 5 faizə qədər, xidmətlərdə 6 faizə qədər bahalaşma var. Müvafiq qiymət artımları bayram ilə əlaqədar xərclərdə də özünü göstərəcək. Bu, ailələr üzrə dəyişir. Hansı ailələrdə qida məhsullarının və ya xidmətlərin daha çox payı varsa, həmin ailələrin xərclərində daha böyük artımlar müşahidə olunur. Hansı ailələrdə ki, qeyri-qida təyinatlı xərclər üstünlük təşkil edirsə, onlarda nisbətən daha aşağı xərclər ola bilər.
Ortalama xərclə bağlı nə isə demək çox çətindir. Çünki bu, kifayət qədər dəyişən göstəricidir. Ailələrin alıcılıq gücündən, gəlirinin dəyişməsindən asılı olaraq fərqlənir”.
R.Həsənov qeyd edib ki, normal dövr ilə müqayisədə bayram dövründə ailələrin xərcləri təxminən 5-6 dəfə artır: “Bu aspektdən məsələyə yanaşmış olsaq, bir ailənin xərcləri xidmətlər xaric təxminən 300-500 manat arasında olacaq. Xidmətlərin strukturu isə kifayət qədər genişdir. Səyahət edən zaman 10000-20000 manata qədər dəyişir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

