“Korrupsiyaya qarşı mübarizə haqqında" Qanuna bir sıra dəyişiklik təklif edilir
14.02.2025 [15:34]
Parlament "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, qanun layihəsinə əsasən, sənədə “Orqanların (qurumların) fəaliyyətində korrupsiya risklərinin idarə edilməsi” adlı 8-1-ci maddə əlavə edilir.
Layihəyə görə, qurumun rəhbəri korrupsiya risklərinin idarə edilməsi məqsədilə səlahiyyətli struktur bölmə (şəxs) müəyyən edir. Korrupsiya risklərinin idarə edilməsi prosesinə xüsusi bilik tələb edən sahələr üzrə mütəxəssislər cəlb edilə bilər. Qurumda hər il yanvarın 15-dən aprelin 15-dək əvvəlki ili əhatə edən korrupsiya risklərinin müəyyən edilməsi, təhlili və qiymətləndirilməsi aparılır. Korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında daxil olan müraciətlərin ümumiləşdirilməsinin nəticələrinə əsasən fəaliyyətindən daha çox şikayətlərin daxil olduğu struktur bölmədə və ya tabeliyində olan qurumda orqanın rəhbərinin qərarına əsasən digər müddətlərdə də risklərin müəyyən edilməsi, təhlili və qiymətləndirilməsi keçirilə bilər.
Qanun layihəsinə əsasən, korrupsiya risklərinin müəyyən edilməsi, təhlili və qiymətləndirilməsi həyata keçirilərkən aşağıdakı məlumatlar nəzərə alınır:
- hüquqi və fiziki şəxslər arasında keçirilən sorğuların nəticələri;
- korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında daxil olan müraciətlər və həmin müraciətlər əsasında aparılan araşdırmaların nəticələri;
- mediada, həmçinin internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılan informasiya və korrupsiya risklərinin müəyyən edilməsi üçün mənbəyi məlum olan digər məlumatlar;
- orqanın (qurumun) fəaliyyətini tənzimləyən hüquqi aktlar;
- orqanın (qurumun) fəaliyyəti üçün xarakterik olan, mütəmadi olaraq baş verən korrupsiyaya şərait yaradan hallar;
- orqanın (qurumun) fəaliyyətinə dair inzibati məhkəmə icraatında baxılan inzibati mübahisələrin sayı, predmeti və bunlarla bağlı müvafiq qərarlar.
Sənəd layihəsinə görə, korrupsiya riskləri, həmin risklərə uyğun olaraq müəyyən edilən hədəflər, eləcə də risklərin qiymətləndirilməsinin nəticələri və bununla əlaqədar cari il üçün müəyyən edilən tədbirlər, həmçinin əvvəlki il üzrə müəyyən edilmiş tədbirlərə dair görülmüş işlər barədə məlumatlar hər il iyunun 1-dək Komissiyaya təqdim edilməlidir. Korrupsiya riskləri, həmin risklərə uyğun olaraq müəyyən edilən hədəflər, eləcə də risklərin qiymətləndirilməsinin nəticələri və görülmüş işlər barədə məlumatlar dövri olaraq ictimaiyyətə açıqlanır. Komissiya bu Qanunun 8-1.4-cü maddəsinə uyğun olaraq ona təqdim edilən məlumatların təhlili əsasında müvafiq orqana (quruma) korrupsiya risklərinin idarə edilməsinə dair tövsiyələr, həmçinin korrupsiyaya qarşı mübarizə haqqında qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər verə bilər.
Xəbər lenti
Hamısına baxAnalitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39

