Cənubi Qafqaza qarşı hibrid plan…
02.05.2026 [21:56]
Okamponun etirafı: Rusiyada yaşayan ermənilər regionda sabitliyi pozmaq üçün maliyyə ayırır
Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı sülh prosesinə qarşı yenidən hücumlar intensivləşir. Maraqlıdır ki, rollar dəyişməsə də konturlar dəyişir – artıq bəyanatlar və ya siyasi jestlərdən daha fərqli aspektlərə müraciət edilir. Söhbət Qərb platformalarını, diaspor şəbəkələrini və indi isə göründüyü kimi, Rusiyadan axan maliyyə resurslarını belə əhatə edən təsir infrastrukturundan gedir. Azərbaycan mediası, "Minval.az" saytı bu məsələnin üzərinə işıq salıb. "Baş rolda" tanış simadır – separatizmi dəstəkləyən korrupsioner, keçmiş Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Luis Moreno Okampo. Ortaya çıxan video görüntülərdə o, Bakıya qarşı kampaniyada iştirakını faktiki olaraq təsdiqləyir. Bundan əlavə, Okampo birbaşa Avropa qurumları daxilində bir komandanın və əlaqələrin mövcudluğundan bəhs açır, keçmiş Aİ xarici işlər naziri Cozef Borrelin və ətrafından danışır.
Rusiyadan olan ermənilər maliyyə ayırır…
Maraqlı detallardan biri bu anti-Azərbaycan fəaliyyətin maliyyə qaynatıdır. "Minval.az" tərəfindən əldə edilən yeni video görüntülər kampaniyanın xüsusi yaradılmış "Rusiya-Ermənistan nümayəndələri qrupu" adlı fond tərəfindən dəstəkləndiyini göstərir. Məqsəd informasiya təzyiqi üçün davamlı və uzunmüddətli maliyyələşdirməni təmin etməkdir.
Okampo açıq şəkildə etiraf edir ki, əvvəlcə Ermənistan mənbələrindən vəsait alıb, lakin sonradan daha strukturlaşdırılmış kanallar tətbiq edilib. O, xüsusilə, Rusiyada yaşayan və beynəlxalq bizneslə məşğul olan erməni diasporunun varlı nümayəndələrindən danışır. Sxemin fundamental aspekti isə anonimlikdir. O deyir ki, maliyyə qaynağı rolunu oynayanlar Rusiya ilə problem yaşamaq istəmirlər və buna görə də qapalı mexanizmlər vasitəsilə fəaliyyət göstərməyə üstünlük verirlər.
Okamponun özünüifşası…
Videoyazı isə bütün detalları ortaya qoyur:
Luis Moreno Ocampo: "Domenech"
Naməlum həmsöhbət: "Domenech?"
Luis Moreno Ocampo: "Bəli." Mən [...], heç vaxt adları xatırlamağı öyrənməmişəm, üzr istəyirəm."
Naməlum Həmsöhbət: "Bəs bu sizin işə götürdüyünüz birisidirmi?"
Luis Moreno Ocampo: "Devesa"
Naməlum Həmsöhbət: "Devesa"
Luis Moreno Ocampo: "Devesa"
Naməlum Həmsöhbət: "Devesa. Amma sən..."
Luis Moreno Ocampo: "Ermənilərdən pul aldım."
Naməlum Həmsöhbət: "Bəli."
Luis Moreno Ocampo: "Deməli, əvvəllər ermənilər, mən..."
Naməlum Həmsöhbət: "ABŞ-da?"
Luis Moreno Ocampo: "Xeyr, pul Rusiyadakı bir ermənidən idi. Onlar Rusiya ilə problem yaşamaq istəmirlər, onlar üçün ən vacib şey anonimlikdir."
Naməlum Həmsöhbət: "Yaxşı. Bəs söhbət Rusiya xaricindəki ruslardan, yoxsa Rusiya daxilindəki ruslardan gedir?"
Luis Moreno Ocampo: "Onlar xaricə səyahət edirlər; onların maraqları hər yerdədir, mütləq Rusiya daxilində deyil. Bəziləri - bəli, hamısı deyil. Amma deyərdim ki, bu, məxfi şəkildə baş verir."
Luis Moreno Ocampo: "Əvvəlcə bunu pulsuz etdim. İlk hesabat pulsuz hazırlanıb. Sonra Beynəlxalq Cinayət Məhkəməsində (ICC) məhkəmə iddiası qaldırmaq üçün Amerika fondundan dəstək aldım. Bundan sonra sosial media kampaniyasını demək olar ki, pulsuz həyata keçirdim. İndi isə daha davamlı bir kampaniyanı maliyyələşdirmək üçün fond yaradan bir qrup Rusiya ermənisi var."
Naməlum: "Bəs layihəniz nə qədər davam edəcək?"
Luis Moreno Ocampo: "Heç bir fikrim yoxdur. Çünki hazırda... erməni məsələsində bunu maliyyələşdirən qrup var. Və may ayına qədər öhdəliklərimiz var, [...] amma mənim nə iş gördüyüm..."
Naməlum: "Bundan əlavə, Ermənistandakı azlıq da?"
Luis Moreno Ocampo: "Xeyr, maliyyələşdirən bir qrup..."
Naməlum Həmsöhbət: "[…]. Bəli, bəzi varlı ermənilər..."
Naməlum Həmsöhbət: "Bəs onlar nə edirlər?"
Luis Moreno Ocampo: "Çünki onlar ermənidirlər. Çünki onlar ermənidirlər."
Naməlum Həmsöhbət: "Onlar hökumətin, yoxsa QHT-nin bir hissəsidirlər? Mənim kimi insanlardır, yoxsa nə?"
Luis Moreno Ocampo: "Xeyr, xeyr, xeyr. Bilirsiniz nə var? Onlar Rusiyada yaşayırlar."
Karapetyan və Vardanyan…
Beləliklə, faktlar üzə çıxır. Ən əsas ehtimal olunan maliyyələşdirmə mənbələrindən biri əvvəllər işğal altında olmuş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətləri dəstəkləməkdə ittiham olunan iş adamı Samvel Karapetyan ola bilər. Mövcud məlumatlara görə, Karapetyan işğal dövründə işğalın nəticələrini möhkəmləndirmək strategiyasının bir hissəsi olan Qarabağa kənardan köçürülmə və infrastruktur layihələrinin maliyyələşməsində iştirak edib. Karapetyanla yanaşı, hazırda Bakıda təcridxanada olan Ruben Vardanyanın da bu işdə iştirakı şübhəsizdir –ailəsi Bakıya qarşı yönəlmiş kampaniyaya dəstək vermək üçün fond ayırıb. Beləliklə, ortada olan materiallar göstərir ki, mövcud "təcrübələr" aradan qalxmayıb, sadəcə transformasiya olunub. Əvvəllər söhbət diqqət fiziki mövcudluğa və "yerində faktlar"ın yaradılmasına yönəlmişdisə, indi diqqət informasiya və siyasi təzyiqə keçib. Pul, media, siyasi əlaqələr və beynəlxalq institutların birgə işlədiyi bütöv bir sistem formalaşdırılıb.
Regional sabitlik hədəfdə…
Okamponun son tarixlər və öhdəliklər barədə öz etirafı xüsusi diqqət çəkir – o, açıq şəkildə komandasının "ən azı may ayına qədər" maliyyələşdirildiyini bildirir ki, bu da kampaniyanın planlaşdırılmış xarakterini göstərir. Vurğulamaq lazımdır ki, may ayı Ermənistan parlament seçkiləri ilə bağlı seçki kampaniyasının son mərhələsidir. Bu fonda baş verənlər sadəcə xaricdən edilmiş informasiya hücumu kimi görünmür, əksinə seçki prosesinə və ölkənin daxili işlərinə birbaşa müdaxilə cəhdidir. Bunu təsdiq edən fakt isə əvvəllər yayılan görüntülərdə Okamponun oğlu Tomasın bu kampaniyanın məqsədlərindən birinin Ermənistanın baş naziri Nikol Paşinyanı devirmək olduğunu etiraf etməsidir. Bu isə bütövlükdə regional sabitliyə qarşı yönəlmiş və dərin kök salmış bir sistemin varlığından xəbər verir. Qərb institutlarından, Rusiyadan edilən maliyyə axınlarından və diaspora strukturlarından istifadə bu kampaniyanın çoxqatlı təbiətindən xəbər verir.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55

