Azərbaycan Hakimlərinin I Forumu keçirilib
28.02.2025 [15:02]
Bakıda Azərbaycan Hakimlərinin I Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, 400-dən çox məhkəmə hakiminin, həmçinin Məhkəmə-Hüquq Şurası üzvlərinin iştirak etdiyi forumun məqsədi hüquq ictimaiyyətini və cəmiyyəti ölkəmizdə gedən məhkəmə hüquq islahatları barədə məlumatlandırmaq olub.
Forumun açılışında çıxış edən Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev bildirib ki, məhkəmə hakimiyyətinin möhkəmlənməsi və inkişaf etdirilməsi, məhkəmələrin maddi-texniki bazasının müasirləşdirilməsi, hakimlərin sosial müdafiəsinin yaxşılaşdırılması daim dövlət başçısının xüsusi diqqət mərkəzində olub: “Forumda ilk dəfədir ki, fəaliyyətdə olan bütün məhkəmə instansiyalarını təmsil edən hakimlərlə təqaüdə çıxmış hakimlər bir araya gəliblər. Bu gün məmnunluqla demək olar ki, ölkəmizdə məhkəmə-hüquq sistemində ardıcıl olaraq həyata keçirilən islahatlar nəticəsində insan hüquqlarının müdafiəsi, ədalət mühakiməsinin müasir standartlara uyğunlaşdırılması, məhkəmə hakimiyyətinin müstəqilliyinin və səmərəliliyinin artırılması məsələlərində böyük nailiyyətlər əldə olunub”.
Onun sözlərinə görə, cəmiyyət nə qədər inkişaf etsə də, ədalət mühakiməsinin əsas vəzifəsi və məqsədi insan hüquq və azadlıqlarının qorunması və təmin olunmasıdır. R.Rzayev qeyd edib ki, məhkəmələrin üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi və cəmiyyətin gözləntilərinə cavab verməsi üçün yüksək mənəvi keyfiyyətlərə, geniş hüquqi və sosial biliklərə malik olan, müstəqil, ədalətli, məsuliyyətli və vicdanlı hakimlər fəaliyyət göstərməlidirlər: “Çağdaş dövrün tələblərinə cavab verən vərdişlər qazanan gənc hakimlərimizin sayı ildən-ilə artır”.
Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov çıxışında ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatlarından danışıb. Bu islahatların məhkəmə hakimiyyətinin nüfuzunun artmasına öz töhfəsini verdiyini qeyd edib: “Məhkəmə-Hüquq Şurası ölkədə ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi məqsədilə hakim korpusunun yeni nəsil gənc hüquqşünaslarla komplektləşdirilməsinin əhəmiyyətini nəzərə alaraq, ilk növbədə hakimliyə namizədlərin seçim prosedurunu təkmilləşdirməklə bu prosesin daha çevik xarakter almasına nail olub. Yuxarı instansiya məhkəmələrinin peşəkar kadrlarla komplektləşdirilməsi işi də davam etdirilir. Bu çərçivədə 60-dək təcrübəli hakim yuxarı instansiya məhkəmələrinə irəli çəkilib. Ötən qısa müddət ərzində 140-a yaxın hakimliyə namizəd seçilərək müxtəlif birinci instansiya məhkəmələrinə təyinat alıb ki, bu da hakim korpusunun say tərkibinin ilk dəfə olaraq ən yüksək həddə - 628 nəfərə çatdırılmasına imkan verib”.
Ali Məhkəmənin sədri Azərbaycanda hakimlərin iş şəraitinin yaxşılaşdırılması məsələsinin də diqqət mərkəzində olduğunu vurğulayıb.
Daha sonra forum panel müzakirələrlə davam edib.
Müzakirələrdə məhkəmə-hüquq sahəsində görülən işlərdən, aparılan islahatlardan, müasir çağırışlardan və qarşıda duran məsələlərdən danışılıb. Konkret sahələr üzrə ədalət mühakiməsinin keçirilməsinin icra vəziyyətinə dair müzakirələr də keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47

