Gözlərimizi qoruyaq!
06.03.2025 [08:16]
Ümumdünya Qlaukoma ilə Mübarizə Günüdür
Məlumdur ki, xarici mühitdəki informasiyanı əsasən gözlərimizlə alırıq. Ona görə də görmənin aşağı düşməsinə və itirilməsinə gətirib çıxaran bəzi xəstəliklər insan həyatının dəyişməsinə və əmək qabiliyyətinin itməsinə səbəb olur. Bu xəstəliklər arasında qlaukomanı xüsusilə qeyd edə bilərik.
Xəstəliyə bütün yaş dövrlərində, əsasən də orta və yaşlı nəsil insanlarda rast gəlinir. Statistik göstəricilərə əsasən, yer üzündə yaşayan insanların 2-3 faizi qlaukomadan əziyyət çəkir. Lakin həmin insanların yalnız yarısının öz xəstəliyi haqda məlumatı var.
“Qara su”...
Gözün xroniki proqressivləşən xəstəliyi olan Qlaukomaya el arasında “Qara su” xəstəliyi də deyirlər. Xəstəlik gözdaxili təzyiqin qalxması ilə müşayiət olunur, görmə sinirini zədələyir və görmənin geridönməz şəkildə aşağı düşməsinə və itməsinə səbəb olur.
Müalicəyə çətin tabe olur...
Mövzu barədə “Yeni Azərbaycan”a danışan oftalmoloq Gündüz Abbasov bildirib ki, xəstəlik əvvəlcə simptomsuz başlasa da, vaxtında müalicəsi aparılmayanda görmə dairəsi tədricən daralır, getdikcə gözün nuru zəifləyir və korluğa aparıb çıxarır: “Qlaukoma 60-dan artıq patologiya nəticəsində yaranır. Xəstəliyə bütün yaş dövrlərində rast gəlinsə də, daha çox 40 yaşdan yuxarı insanlar qlaukomadan əziyyət çəkir. Mürəkkəblik ondadır ki, qlaukoma yalnız yüksək dərəcədə inkişaf edəndən sonra üzə çıxır və müalicəyə çətin tabe olur. Beynəlxalq miqyasda Qlaukoma ilə Mübarizə Gününün qeyd olunması həm də xəstəliyin yaranması, risk amilləri, profilaktikası və diaqnozu barədə ictimaiyyətin maariflənməsinə xidmət edir.
Qlaukomanın vaxtında aparılan müalicəsi yalnız gözdaxili təzyiqi endirən damcıların tökülməsindən ibarətdir. Xəstəliyin daha ağır hallarında isə lazer cərrahiyyəsinə və ya operativ müdaxiləyə üstünlük verilir. Bütün hallarda müalicə forması xəstəliyin tipi, dərəcəsi və xəstənin yaşı nəzərə alınaraq aparılır. Müasir texnologiyalar müalicə prosesini maksimum dərəcədə təhlükəsiz və uğurla aparmağa imkan verir, hətta əksər hallarda onun müalicəsi üçün stasionar şəraitdə qalmaq tələb olunmur”.
Erkən diaqnoz vacibdir
Oftalmoloq qeyd edib ki, statistikaya görə, hazırda dünyada 80-90 milyon qlaukoma xəstəsi var: “Qlaukoma nəticəsində görməsini itirmiş gözün yenidən görməsini bərpa etmək, təəssüf ki, mümkün olmur. Buna görə də korluğa səbəb olan xəstəliklərin önündə gələn qlaukomaya erkən qoyulan diaqnoz mövcud görmənin qorunub saxlanması və zədələnməmiş sinir liflərinin yaşaması üçün çox önəmlidir. Bir sözlə, erkən diaqnoz insanı kor olmaqdan xilas edər. Müalicəsi mümkün olan xəstələrin korluğunu dərmanlarla və ya əməliyyatla əngəlləmək olar”.
Qeyd edək ki, bu gün dünyanın bir sıra ölkələrində Ümumdünya Qlaukoma ilə Mübarizə Günü kimi qeyd olunur. Qlaukoma ilə Mübarizə Günü 2008-ci ildən Ümumdünya Qlaukoma Cəmiyyətləri və Ümumdünya Qlaukomalı Xəstələr Assosiasiyalarının təşəbbüsü ilə martın 6-da keçirilir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

