Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Sabirabadda yol qəzası olub, ölən və yaralılar var

Sabirabadda yol qəzası olub, ölən və yaralılar var

23.05.2025 [11:22]

Sabirabad rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı bir nəfər ölüb, 4 nəfər xəsarət alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə axşam saatlarında Sabirabad-Şirvan yolunun Şıxsalahlı kəndindən keçən hissəsində qeydə alınıb. Ağaqulu Əlisa oğlu Zeynalovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil və Eldar İsrafil oğlu Babayevin sükan arxasında olduğu “Opel” markalı minik maşını toqquşub. Hadisə zamanı “VAZ” markalı avtomobildə olan sərnişin Əlikram Mahir oğlu Abdullayev ölüb. Hər iki sürücü və “Opel” maşınında olan iki nəfər sərnişin xəsarət alıb. Yaralılar Sabirabad rayon və Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Baxılıb: 422 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30