Azərbaycanın unikal brendi
26.06.2025 [10:08]
“ASAN xidmət” modeli müxtəlif ölkələrdə uğurla tətbiq olunur
Müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən Azərbaycan özünün müsbət təcrübəsi ilə dünyaya nümunə göstərir. O cümlədən, ölkəmizin uğurlu dövlət idarəçiliyi modeli beynəlxalq miqyasda təqdir edilir. Bu baxımdan, Azərbaycanın “ASAN xidmət” modelinə beynəlxalq miqyasda maraq getdikcə artır. İndiyədək böyük vətəndaş məmnunluğu yaradan bu struktur bir çox beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən təqdirəlayiq hesab olunub. Məsələn, BMT-nin İnkişaf Proqramı tərəfindən 2016-cı ildə dövlət xidmətlərinin göstərilməsi sahəsində araşdırılma aparılıb, “Vahid məkan prinsipi əsasında dövlət xidmətlərinin göstərilməsi modeli: Azərbaycanın nümunəsi” (One Stop Shop Public Service Delivery Model: The Case of Azerbaijan) adlı analitik araşdırma hazırlanıb. Araşdırmada ölkəmizin “ASAN xidmət” modelinin yaradılmasının əsasları, konsepsiyası, fəaliyyət prinsipləri, innovativ üstünlükləri və əsas nailiyyətlərinin nəzəri və praktiki aspektlərindən bəhs edilir, dövlət xidmətlərinin göstərilməsinin müasirləşdirilməsində maraqlı olan ölkələrə “ASAN xidmət” təcrübəsinə əsaslanan tövsiyələr verilir.
Efiopiyada “ASAN xidmət” modeli - “MESOB”...
Artıq ayrı-ayrı ölkələr də bu modelin tətbiqinə başlanıb. Azərbaycanın “ASAN xidmət” modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi sahəsində eyniadlı qurum təsis edilib. Bundan başqa, İtaliya, Koreya Respublikası, İndoneziya, Monteneqro və s. ölkələrlə əməkdaşlığa dair Anlaşma memorandumları imzalanıb. Növbəti addım isə Efiopiyada atılıb. Qeyd edək ki, bugünlərdə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Efiopiya Federativ Demokratik Respublikasına səfər edib. Səfər çərçivəsində “ASAN xidmət” modeli əsasında yaradılmış “MESOB” dövlət xidməti mərkəzinin rəsmi təqdimatı keçirilib. Əddis-Əbəbə şəhərində yerləşən və 8 mərtəbədən ibarət olan “MESOB” mərkəzində pilot mərhələdə 20-yə yaxın dövlət qurumu və bir sıra özəl təşkilatlar tərəfindən, ümumilikdə 120-dən çox xidmət təqdim olunur. Mərkəzin infrastrukturuna xidmət masaları, məlumat məntəqələri, gözləmə otaqları, özünəxidmət nöqtələri, çağrı mərkəzi və uşaq guşəsi daxildir. Efiopiya tərəfi dəstəyə görə Azərbaycan dövlətinə dərin təşəkkürünü bildirib və il sonuna qədər bu kimi mərkəzlərin sayının artırılmasının planlaşdırıldığını qeyd edib.
Xatırladaq ki, “ASAN xidmət” təcrübəsinin Efiopiyada tətbiqi ilə bağlı 2024-cü ilin may ayında Dövlət Agentliyi ilə Efiopiyanın müvafiq qurumu arasında Anlaşma Memorandumu imzalanıb. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ötən il noyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Efiopiya Prezidenti Taye Atske Sellasie arasında keçirilmiş görüş zamanı qarşı tərəf “ASAN xidmət” təcrübəsinin Efiopiyada tətbiqində maraqlı olduqlarını ifadə edib və bununla bağlı Azərbaycan tərəfinin dəstəyini xahiş edib. Ötən dövr ərzində Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Efiopiyadan olan dövlət qulluqçuları üçün təlimlər keçirilib, “ASAN xidmət” təcrübəsinin Efiopiyada tətbiqi ilə bağlı hüquqi və digər zəruri sənədlər hazırlanıb, xidmətlərin vahid standartı müəyyən edilib, “ASAN xidmət” mərkəzlərində istifadə olunan texnoloji həllər əsasında tövsiyə sənədləri formalaşdırılıb. Əddis-Əbəbə şəhərində fəaliyyət göstərəcək xidmət mərkəzinin binası seçilib və “ASAN xidmət” mərkəzlərinin konsepsiyası əsasında yenidən dizayn edilib. Xidmətlərin optimallaşdırılması və biznes proseslərin sadələşdirilməsi istiqamətində Efiopiyanın “MESOB” dövlət xidməti mərkəzində təmsil olunan aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq həyata keçirilib.
“ASAN xidmət” Afrikada beynəlxalq forum təşkil edib
Qeyd edək ki, Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində yerləşən Afrika İttifaqının mənzil-qərargahında “İdarəetmə innovasiyası: hər kəs üçün çevik, inklüziv və insanyönümlü xidmətlərin təkmilləşdirilməsi” adlı regional forum da keçirilib. Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Birləşmiş Millətlər Təşkilatının birgə təşkilatçılığı, eləcə də, Afrika İttifaqı və Efiopiya Federativ Respublikası Hökumətinin tərəfdaşlığı ilə reallaşdırılan tədbir 10-cu Afrika Dövlət Xidmətləri Günü münasibətilə keçirilən konfrans çərçivəsində təşkil olunub. Forumda 30-dan çox ölkədən və beynəlxalq təşkilatdan 100-ə yaxın aidiyyəti dövlət qurumunun rəhbər şəxsləri, beynəlxalq təşkilatların rəsmiləri və ekspertlər iştirak ediblər.
Tədbirin açılışında Dövlət Agentliyinin sədri, BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin nümayəndəsi, Efiopiyanın Dövlət Xidmətləri Komissiyasının rəhbəri və Afrika İttifaqının İdarəetmə və Münaqişələrin Qarşısının Alınması üzrə direktoru çıxış ediblər. Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Afrika Dövlət Xidmətləri Günü münasibətilə həmin qitənin ölkələrinin müvafiq sahədə fəaliyyət göstərən nümayəndələrini təbrik edib. Şəffaf, əlçatan, innovativ xidmətlərin təqdim olunmasının əhəmiyyətinə toxunan Dövlət Agentliyinin sədri bu istiqamətdə qabaqcıl “ASAN xidmət” təcrübəsinin paylaşılmasına ölkəmizin hazır olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Forum çərçivəsində Esvatini, Qana, Qambiya, Maldivin müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri və yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirilib. Görüşlər zamanı müvafiq ölkələrdə “ASAN xidmət” təcrübəsinin tətbiqi ilə əlaqədar ilkin razılığa gəlinib. Forumun son günündə iştirakçılar “ASAN xidmət” modeli əsasında yaradılmış “MESOB” dövlət xidmətləri mərkəzini ziyarət ediblər.
Milli brendimiz beynəlxalq sertifikatlara layiq görülüb
Bütövlükdə, “ASAN xidmət” Azərbaycan brendi kimi dünyada tanınır. Buna nümunə kimi bir sıra uğurları göstərə bilərik. Məsələn, 2014-cü ildə “ASAN xidmət” İSO 9001:2008 və OHSAS 18001:2007 standartları üzrə beynəlxalq dərəcəli sertifikatlara layiq görülüb. “ASAN xidmət”, həmçinin Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən beynəlxalq müsabiqənin qalibi olub. Bu təşkilat 2015-ci ildə BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında 1-ci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub. Bundan başqa, ISESCO-nun 2019-2021-ci illər üzrə üçillik fəaliyyət planında üzv ölkələrdə sektoral idarəçilik mexanizminin inkişaf etdirilməsi məqsədilə dövlət idarəçiliyi sahəsində Azərbaycanın “ASAN xidmət” modelindən faydalanmaq tövsiyə olunub. 2023-cü il aprelin 3-də Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamə yekdilliklə qəbul edilib. Qətnaməyə 65 dövlət, o cümlədən ABŞ, Çin, Yaponiya, Avropa İttifaqı üzv dövlətləri, Avstraliya, Kanada, eləcə də Afrika, Asiya və Amerika qitələrini təmsil edən ölkələr həmmüəllif qismində qoşulub. Perspektivdə isə Azərbaycanın intellektual brendinin dünyada əhatə edəcəyi coğrafiyaların daha da genişlənəcəyi gözlənilir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27

