Paylaşmaqla böyüyən dünya!
05.09.2025 [08:33]
Xeyir əməlin dəyəri ölçülməz...
Öz mənfəətindən kənara çıxıb başqalarının dərdinə şərik olmaq, ehtiyacı olanların əlindən tutmaq, kimsəsizlərə dayaq olmaq hər kəsə xas olan xüsusiyyət deyil. Xeyriyyəçilik sadəcə, “pul vermək” mənasına gəlmir, həm də insanlığın ən saf, ən uca pillələrindən biridir. Hər bir xeyriyyəçi bilir ki, bir uşaq təbəssüm edəndə, bir ailə ümid tapanda və ya bir xəstə sağalanda sadəcə, maddi yardım etmir, həm də insanlıq bağlarını möhkəmləndirir...
Hər il sentyabrın 5-i dünya Beynəlxalq Xeyriyyəçilik Gününü qeyd edir. Bu gün təkcə ehtiyacı olanlara əl uzatmaq üçün deyil, həm də insanlığın ən uca dəyərlərini xatırlatmaq üçün bir fürsətdir. Mərhəmət, paylaşmaq və başqasının dərdinə şərik olmaq - bu günün əsas mesajıdır.
Ölkəmizdə xeyriyyəçilik tarixən çox güclü olub. 19-cu əsrin sonu - 20-ci əsrin əvvəllərində bir sıra böyük xeyriyyəçilər yetişmişdi. Onların fəaliyyəti xalqımızın maariflənməsinə, mədəniyyətinə və sosial rifahına mühüm təsir göstərdi.
Xeyriyyəçiliyin qızıl səhifəsi!
Tarixin yaddaşına həkk olunmuş elə adlar var ki, illər keçsə də, nəsillər dəyişsə də, onların xeyirxah əməlləri işığını itirmir. Bu adlardan biri, bəlkə də birincisi Hacı Zeynalabdin Tağıyevdir.
Tağıyev yalnız neft milyonçusu deyildi, o, Azərbaycan xalqının maarif yolunda çıraq yandıran böyük bir şəxsiyyət idi. Hacı Zeynalabdin milyonlarla sərvət qazanmışdı, amma sərvət onun cibinə yox, ürəyinə yük idi. O yükü insanlara payladıqca yüngülləşirdi, xalqına xidmət etdikcə özünü ucaldırdı.
Onun ən böyük və tarixi addımlarından biri Qızlar məktəbi oldu. O dövrdə qadının təhsil alması, elmə yaxınlaşması çoxlarının xəyalına belə sığmırdı. Amma Tağıyev bu qaranlıq düşüncələrin üzərinə işıq saldı. Həmin məktəb təkcə bir binanın tikilməsi deyildi, Azərbaycan qadınının həyatına açılan qapı, azadlıq və inkişaf yolunun başlanğıcı idi. Hacı Zeynalabdin həm də ucqar kəndlərə məktəb tikdirən, tələbələri xaricə oxumağa göndərən, kasıb ailələrin çörək dərdini yüngülləşdirən bir insan idi. Onun yardımı ilə oxuyan gənclər sonradan xalqın savadlı ziyalılarına çevrildilər.
Publisistik dillə desək, Tağıyevin həyatı insanlıq dərsidir. O, sübut etdi ki, sərvət insanı böyütmür, insan sərvəti böyüdür. Çünki bu gün onun neft quyularından, pullarından əsər-əlamət qalmayıb. Amma onun tikdirdiyi məktəblərdən, açdığı yollarla gedən insanların düşüncəsindən, millətin yaddaşında qoyduğu izdən böyük sərvət yoxdur.
Qayğı və ümid mənbəyi olan Fond...
Müasir dövrümüzdə insanlara qayğı göstərmək, onların həyatını daha rahat və mənalı etmək, gələcək nəsillərə ümid yaratmaq baxımdan Heydər Əliyev Fondunun xeyriyyəçilik sahəsində nümunəvi fəaliyyəti var. Fondun fəaliyyəti müxtəlif sahələri əhatə edir və hər layihədə insanın rifahı ön plana çıxır. Aztəminatlı ailələr, əlillər, tələbələr və yaşlılara göstərilən dəstək Fondun sosial məsuliyyətinin əyani göstəricisidir. Məktəblərə və universitetlərə yönələn proqramlar, təqaüdlər, təhsil layihələri gənclərə yeni imkanlar açır, onların bilik və bacarıqlarını inkişaf etdirməyə kömək edir.
Mədəniyyət və incəsənət sahəsində də Fondun rolu böyükdür. Tarixi abidələrin bərpası, sərgilərin və muzeylərin dəstəklənməsi, xalq sənətkarlığının qorunması Azərbaycan irsinin gələcək nəsillərə ötürülməsini təmin edir.
Heydər Əliyev Fondu yalnız yerli səviyyədə deyil, beynəlxalq səviyyədə də fəaliyyət göstərir. Humanitar yardımlar, təbii fəlakətlər zamanı dəstək, qlobal sosial proqramlarda iştirak Fondun nüfuzunu və məsuliyyətini daha da artırır.
Bu xeyriyyəçilik ənənəsi davamlılıq prinsipi üzərində qurulub. Fond insanlara kömək etməklə yanaşı, cəmiyyətin inkişafına, sosial bərabərliyin təmin olunmasına və gələcək nəsillərin rifahına xidmət edir. Onun fəaliyyəti göstərir ki, xeyriyyəçilik yalnız bir yardımdan ibarət deyil, səmimi qayğı, diqqət və insanlara olan hörmət deməkdir.
Heydər Əliyev Fondunun nümunəsi göstərir ki, xeyriyyəçilik ənənəsi davamlı olduqda, cəmiyyətin hər üzvü üçün ümid və dəstək mənbəyinə çevrilir. İnsanlara qayğı göstərmək həm də ölkənin gələcəyinə sərmayə qoymaqdır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

