Mavi səssizlik...
23.09.2025 [08:36]
Hər dalğası bir cümlə, hər çırpıntısı bir səs, bir fəryaddır. Dəniz yalnız mənəvi anlamda deyil, iqtisadi, ekoloji və mədəni baxımdan da həyatımızın ayrılmaz hissəsidir. Dünya ticarətinin təxminən 90 faizi dənizlər vasitəsilə həyata keçirilir. Yəni geyimimizdən tutmuş, məişətdə istifadə etdiyimiz elektron əşyalara, hətta çörəyin hazırlanması üçün lazım olan taxıla qədər demək olar ki, əksər zəruri tələbat malları ünvanlarına gəmilərlə daşınır. Təbii ki, təlatümlü dənizləri, okeanları aşan gəmiləri idarə edən dənizçilər də bu mənada böyük zəhmət çəkirlər - vacib bir missiyanı yerinə yetirirlər. 24 sentyabr-Birləşmiş Millətlər Təşkilatında beynəlxalq bayramlardan biri olan Dünya Dəniz Günüdür. 1978-ci ildən etibarən qeyd olunan bu gün Beynəlxalq Dəniz Təşkilatı (IMO) Assambleyasının 10-cu sessiyasının qərarı ilə təsis edilib. Dünya Dəniz Günü 1980-ci ilədək martın 17-də keçirilib. Sonra onun qeyd olunma tarixinin sentyabrın 24-də keçirilməsinə qərar verilib. Dünya Dəniz Gününün məqsədi qanunsuz balıq ovu, suyun çirklənməsi və qlobal istiləşmə nəticəsində dəniz və okeanlarda meydana gələn bərpa oluna bilməyən dəyişikliklərə beynəlxalq səviyyədə diqqət çəkməkdir. Günün ən mühüm vəzifələri isə dəniz daşımalarında ətraf mühitin təhlükəsizliyini artırmaq, dənizin ətraf mühitini xüsusilə neft çirklənmələrindən qorumaq, bioresursların mühafizəsi və brakonyerliklə mübarizənin qarşısını almaqdır.
Dəniz niyə mavidir?
Yer kürəsinin 2/3 hissəsini okean və dənizlər tutur. Bildiyimiz kimi, dənizin insana xeyri çoxdur və bir çox xəstəliklərin müalicəsində mühüm rol oynayır. Eni və uzunluğu bilinməyən dənizlər sirlərlə doludur.
Dəniz suyu çox yaxından şəffaf görünür və uzaqdan mavi tonlarını özündə əks etdirir. Dəniz suyunun rəngi əsasən su molekullarının işığı udması ilə bağlıdır. Ağ işıq kimi bilinən Günəş işığı bütün rənglərin yaranmasını ehtiva edir. Dəniz suyu molekulları atmosferdə olduğu kimi işıq saçan zaman qırmızı olanları udur və bənövşəyi olanları əks etdirir. Dənizin rəngi bəzi vəziyyətlərə görə dəyişir. Dənizi bəzən mavi, bəzən yaşıl, bəzən də firuzəyi rənglərdə görmək mümkündür. Məlum olduğu kimi dəniz suyu rəngsizdir. Suyun mavi rəngli görünməsi də işıq tezliklərindən və təbəqənin dərinliyindən asılı olaraq dəyişir. Ona görə də dəniz bəzi yerlərdə yaşıl və ya başqa rəngdə görünür.
Qlobal ticarətin 80-90 faizi...
BMT-nin məlumatına görə, son 100 il ərzində tuna, treska, marlin kimi balıq növlərinin 90 faizi ovlanıb. İl ərzində dəniz və okeanlara təxminən 21 milyon barrel neft axır. Böyük su obyektlərinə atılan sintetik tullantılar ildə bir milyon dəniz quşunun və 100 min dəniz məməlisinin ölümünə səbəb olur. Son bir əsr ərzində qlobal istiləşmə nəticəsində planetin əsas su obyektlərinin səviyyəsi 10-25 santimetrə qədər artıb. Qlobal ticarətin 80-90 faizi dəniz nəqliyyatı vasitəsilə həyata keçirilir. Beynəlxalq yükdaşımalar zamanı əksər hallarda dəniz və okeanlardan istifadə edilməsi onların ekosistemlərini pozur. Buna görə də hər il müəyyən bir aktual mövzuya həsr olunmuş Dünya Dəniz Günündə müxtəlif ekoloji tədbirlər, aksiyalar və dünya miqyasında mitinqlər keçirilir.
“Okeanımız, öhdəliyimiz, imkanımız”
Bu günün cari ildəki şüarı “Okeanımız, öhdəliyimiz, imkanımız”dır. Mövzu qlobal ticarətin 80%-dən çoxunun dəniz yolu ilə daşındığı okeanın dünya iqtisadiyyatında mühüm rolunu əks etdirir.
Qeyd edək ki, Azərbaycanda da hər il sentyabrın sonuncu həftəsi “Xəzər həftəsi” kimi qeyd olunur.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25

