Aclıqla savaşmaq...
16.10.2025 [08:59]
Qida hamı üçündür!
Keyfiyyətli və təhlükəsiz qida ilə təmin olunmaq hər bir insanın fundamental hüququdur. Bu hüququn təmin olunması isə sadəcə yaşamaq üçün deyil, layiqli və sağlam bir həyat sürmək, cəmiyyətin inkişafında aktiv iştirak etmək üçün də vacibdir. Lakin bu gün dünyada milyonlarla insan bu hüquqdan məhrumdur.
Bildiyimiz kimi, aclıq insan potensialını məhdudlaşdırır, nəticədə dayanıqlı inkişafın digər məqsədlərinə nail olmasını əngəlləyir. Təəssüf ki, bu gün bir çox ölkədə aclıqdan əziyyət çəkən çoxsaylı insan var. Bu hala səbəb olan əsas amillərdən biri isə qida çatışmazlığıdır. Qida çatışmazlığı məhsul yığımında səmərəsiz üsullar və ərzaq itkiləri kimi müxtəlif amillərdən asılıdır. Müharibələr də qida məhsullarına çıxışa və əkin sahələrinə mənfi təsir göstərir.
Son illər bütün dünya bir çox sayda insanın təsirlənməsi ilə nəticələnən qlobal böhranlarla üzləşdi. Koronavirus pandemiyası, qida istehsalına təsir edən ekstremal hava hadisələri hər bir ölkəyə təsir etdi. Bu müddət ərzində təhlükəsiz, əlverişli və sağlam qidaya çıxışın olmasını təmin etmək üçün tədbirlərin görülməsinin vacibliyi sübut olundu. Ona görə də bu məqsədə çatmaq üçün qlobal cəmiyyət kimi birgə hərəkət etməliyik. Aclıq, qida çatışmazlığı, ərzaq təhlükəsizliyi və qıtlıq riskinin mövcud olduğu ölkələrə dəstək olmalı, onlara ərzaq sistemlərinin inkişaf etdirilməsinə kömək göstərməliyik.
“Daha yaxşı qida və gələcək üçün əl-ələ”
Oktyabrın 16-sı “Ümumdünya Qida Günü” kimi qeyd olunur. 150-dən çox ölkədə qeyd edilən bu əlamətdar gün 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) təsis olunub. Təşkilat hesab edir ki, dünya sakinləri öz səylərini birləşdirsə, 2030-cu ilə qədər aclığı tamamilə aradan qaldırmaq mümkündür.
Qida günü hər il bir mövzuya həsr olunur. FAO bu il “Ümumdünya Qida Günü”nün şüarını “Daha yaxşı qida və gələcək üçün əl-ələ” olaraq təyin edib.
Aclığa son qoymaq üçün nə qədər vəsait tələb olunur?
FAO-nun məlumatına görə, qiymətləndirməyə əsasən, 2030-cu ilədək hər ilə orta hesabla 267 milyard ABŞ dolları həcmində əlavə vəsait tələb olunur. İmkansız və yoxsulların normal həyat tərzi və qidaya çıxışını təmin etmək üçün kəndlərə və şəhərlərə, həmçinin sosial müdafiə sahəsinə investisiyalar tələb olunacaq.
828 milyon insan aclıqla mübarizə aparır
Qida günü ilə bağlı FAO-nun rəsmi saytında qeyd olunub ki, bu gün dünyada sağlam qidaya sahib olmayan 3,1 milyard insan və aclıqla mübarizə aparan 828 milyon insan var. Məhz 16 oktyabr həmin insanlar üçün bütün bacardıqlarımızı səfərbər etmək günüdür: “Birlikdə çalışıb səylərimizi birləşdirərək dünya miqyasında, eləcə də Avropa və Mərkəzi Asiyada insan tələfatına səbəb olan, uşaqlarımızın sağlam gələcəyini riskə atan aclığa və qida çatışmazlığına son qoymaq üçün gecikmədən addımlar atmalıyıq!.
Daha yaxşı istehsal, daha yaxşı qidalanma, daha yaxşı ətraf mühit və hamı üçün daha yaxşı həyat təşəbbüsü qida sistemlərinin səmərəli, dayanıqlı olmasına töhfə verəcək. Aqroərzaq sistemlərimiz ədalətli və güclü gələcək üçün böyük potensiala malikdir. Çünki onlar həyatımızın və iqtisadiyyatımızın bir çox sahələri ilə - kənd təsərrüfatından tutmuş təbii ehtiyatlara, enerjiyə, səhiyyəyə qədər bir-biri ilə bağlıdır.
Cariilki Ümumdünya Qida Gününün bu səyləri sürətləndirərək, heç kimin kənarda qalmadığı, hər kəsin sağlam və faydalı qidaya çıxışı olduğu gələcəyə addım atmasına dəstək olacağına ümid edirik!”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45

