Görünməz təhlükə!
29.10.2025 [08:56]
İnsult cəmiyyətin səssiz bəlasıdır...
Statistikaya görə, insult ürək-damar xəstəliklərindən sonra ölümün ikinci əsas səbəbidir. Adətən bu xəstəliyə tutulanların üçdə biri ölür, qalanları isə əlilə çevrilir. Amma insultun qarşısını almaq və xəstələrə yardım etmək mümkündür. Əsas məsələ xəstəyə ilk 3-4 saat ərzində yardım göstərməkdir.
İnsult beynin qan təchizatının qəfil kəsilməsi və ya pozulması nəticəsində baş verən nevroloji bir xəstəlikdir. Beyindəki hüceyrələrin düzgün işləməsi üçün sabit qan axını lazımdır. Qan axını dayananda və ya zəifləyəndə, həmin əraziyə oksigen çatmır və beyin hüceyrələri ölməyə başlayır. Bu proses çox sürətlə baş verir, ona görə də erkən müdaxilə həyat qurtarıcı ola bilər. İnsult ölümcül nəticələr doğura bilən ciddi bir xəstəlikdir, lakin vaxtında və düzgün müalicə ilə insanların həyatı xilas edilə və keyfiyyəti bərpa oluna bilər.
İnsultun iki əsas növü var: işemik insult və hemorragik insult. İşemik insult beynin qan damarlarından birinin tıxanması və ya daralması nəticəsində baş verir. Beyinə gedən qan miqdarı azalır, bu da həmin ərazidə oksigen çatışmazlığına və hüceyrələrin ölməsinə səbəb olur. İşemik insult insult hallarının təxminən 85 faizini təşkil edir və əsas səbəbi damarların divarlarında yığılan xolesterol plaklarıdır (ateroskleroz). İşemik insultun digər səbəblərinə aşağıdakılar daxildir:
*Artriyal fibrilasiya: Ürək ritmindəki pozulmalar nəticəsində qan damarlarında laxtaların yaranması.
* Şəkərli diabet: Bu xəstəlik qan damarlarını zəiflədir və tıxanma riskini artırır.
* Yüksək qan təzyiqi: Arteriyaların divarlarına uzun müddət təzyiq göstərəndə damarların zədələnməsi və tıxanma ehtimalı yüksəlir.
Hemorragik insult beyin damarlarının partlaması və qanaxma nəticəsində baş verir. Bu növ insultun əsas səbəbləri arasında yüksək qan təzyiqi və ya damar anevrizması var. Hemorragik insult daha az yayılmışdır (təxminən 15%), lakin daha ciddi nəticələrə səbəb olur, çünki beyindəki qan təzyiqi artdıqca, digər sağlam beyin toxumalarına da ziyan vurur.
İnsultun Əlamətləri
İnsultun əlamətlərini tez tanımaq və vaxtında müdaxilə etmək xəstənin həyatı üçün böyük əhəmiyyət kəsb edir. Erkən əlamətləri müəyyən etmək üçün geniş yayılmış BE FAST qaydası istifadə olunur:
* B (Balance): Tarazlıqda pozulma və başgicəllənmə.
* E (Eyes): Görmədə qəfil zəifləmə və ya bir və ya hər iki gözdə bulanıqlıq.
* F (Face): Üzdə ani əyilmə, xüsusilə də gülümsədikdə bir tərəfdə zəiflik və ya asılılıq.
* A (Arm): Bir qolda və ya ayaqda qəfil zəiflik və ya hissiyyatın itməsi.
* S (Speech): Nitqdə bulanıqlıq və ya tamamilə nitqin itməsi.
* T (Time): Vaxt çox önəmlidir. Bu simptomlardan hər hansı biri baş verərsə, dərhal təcili yardım çağırılmalıdır.
İnsultun əlavə əlamətləri bunlar ola bilər:
* Ani baş ağrıları, xüsusilə də digər simptomlarla müşayiət olunursa.
* Ətraflarda zəiflik və ya tam hərəkətsizlik.
* Koordinasiya və tarazlıqda qəfil problemlər.
* Udma çətinlikləri (disfagiya).
Xəstəliyin səssiz addımları...
İnsult birdən-birə baş verir, amma bədənə əvvəlcədən “siqnallar” göndərir. Üzdə asimmetriya, əllərdə zəiflik, nitqdə çətinlik - bu üç sadə əlamət həyat qurtara bilər. Beyinə qan axını dayandıqda hər saniyə yüz minlərlə hüceyrə ölür. İnsult zamanı gecikən yardım da bərpa olunmayan itkilərlə nəticələnir.
Mütəxəssislər bildirir ki, təzyiqin normada saxlanması, düzgün qidalanma, fiziki aktivlik və siqaretdən uzaq qalmaq insultun qarşısını almağın əsas yollarıdır. Cəmi bir neçə vərdiş insanı ömürlük fəlakətdən qoruya bilər. Unutmayaq ki, insultun qarşısını almaq onu müalicə etməkdən qat-qat asandır.
İnsultla mübarizə yalnız tibb sahəsinin deyil, cəmiyyətin ümumi vəzifəsidir. Maarifləndirmə aksiyaları, təhsil müəssisələrində məlumatlandırıcı tədbirlər, media kampaniyaları bu istiqamətdə vacib addımlardır.
İnsultla mübarizə günü bizə bir daha xatırladır ki, sağlamlıq təsadüf deyil, qayğının nəticəsidir. Özümüzə, yaxınlarımıza diqqət yetirmək, sağlam həyat tərzi seçmək və ilkin simptomları tanımaq - bu, hər birimizin borcudur. Hər saniyə dəyərlidir, çünki hər saniyə bir həyatı xilas edə bilər.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2004-cü ildən başlayaraq hər il oktyabrın 29-nu Dünya İnsultla Mübarizə Günü kimi qeyd edir. Həmin il insult qlobal epidemiya elan olunub və 2006-cı ildə İnsultla Mübarizə üzrə Dünya Təşkilatı yaradılıb. Hazırda həmin quruma dünyanın 85 ölkəsindən 60 təşkilat və 3,5 min fərdi üzv daxildir və onlar insultla mübarizə aparan təşkilat və cəmiyyətlərdə çalışan alimlərdir.
Daha çox kişilərdə rast gəlinir
Həkimlərin qənaətinə görə, insult xəstəliyinə qadınlarla müqayisədə kişilərdə daha çox rast gəlinir. İnsult keçirmə riski 55 yaşdan böyük olanlarda iki dəfə artır. Lakin səhhətinə biganə qalmayan hər kəs sadə profilaktik tədbirlərlə 80 faiz hallarda xəstəlikdən qoruna bilər. Vaxtlı-vaxtında həkim müayinəsindən keçmək də vacib şərtlərdəndir. Mütəmadi olaraq açıq havada gəzmək, orta sürətlə gündə heç olmasa yarım saat yerimək insanın fiziki qabiliyyətini artırmaqla yanaşı insult riskini də azaldır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

