Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qazaxda minik avtomobili yol nişanına çırpılıb, xəsarət alanlar var

Qazaxda minik avtomobili yol nişanına çırpılıb, xəsarət alanlar var

14.12.2025 [09:20]

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Tovuz rayon sakini, 1984-cü il təvəllüdü T.Abdıyev idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olan zaman idarəetmədən çıxıb. Nəticədə avtomobil yol nişanına çırpılıb. Qəza zaman sürücü, avtomobildə olan sərnişinlər, İran vətəndaşları 1992-ci il təvəllüdlü H.Gallehban və 1984-cü il təvəllüdlü A.Sayeban xəsarət alıblar. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Baxılıb: 805 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31