Estetik zövqümüzün güzgüsü...
23.01.2026 [08:27]
23 yanvar Beynəlxalq Əlyazma Günüdür
İnsan ilk dəfə fikrini kağıza köçürəndə bəlkə də onun nə dediyindən çox, necə yazdığı yadda qalır. Çünki göz əvvəlcə sözü yox, xətti görür. Gözəl xətt elə bir səssiz dildir ki, oxucuya hələ oxumadan fikir haqqında təəssürat yaradır. Məhz buna görə də deyiblər: “Gözəl xətt göz oxşayır”.
Gözəl xətt bəzi hallarda onun sahibinin savad və bilik səviyyəsinin göstəricisi kim qəbul edilir. Məlumdur ki, insanın xəttinə əsasən, onun xarakter və xasiyyətini müəyyən edən qrafologiya elmi var. Məsələn, kriminalistikada anonim şikayət və məktubların araşdırılması ilə məşğul olan mütəxəssislər var. Orta məktəbin aşağı siniflərində isə səliqəli və düzgün yazmaq üçün hüsnxətt öyrədilirdi.
Yeri gəlmişkən, hər il yanvarın 23-ü dünyada Əlyazma Günü kimi qeyd edilir. Mütəxəssislər deyir ki, əllə yazılan mətn onun müəllifinin daxili dünyasından, hiss və duyğularından soraq verən informasiyadır. Antik və intibah dövrlərində yazılanlar məhz əlyazma şəklində bu günə gəlib çıxıb. Məsələn, Rusiyada inqilabçıların, mütəfəkkirlərin, yazıçı və şairlərin çoxlu yazışmaları var və bu əlyazmalar onların fəaliyyətinin böyük bir hissəsini təşkil edir. Azərbaycan ədəbiyyatında isə Cəfər Cabbarlının Sona xanıma, Mikayıl Müşfiqin Dilbər xanıma, Hüseyn Cavidin ailə üzvlərinə məktubları məşhurdur.
Azərbaycanın tanınmış xəttatları...
Hələ çap maşınları icad olunmamışdan əvvəl mütəfəkkirlərin, alim və şairlərin əsərlərinin üzü xəttatlar tərəfindən köçürülərək yayılıb. Yazı mədəniyyətinin formalaşmasında xəttatların rolu olduqca böyükdür. Alimlər qeyd edir ki, xəttatlıq islam aləmi tərəfindən mənimsənib istifadə edilən, ərəb hərflərinin müxtəlif formalarda yazılması ilə meydana gələn yazı sənətidir. İncəsənətin bir növü sayılmasa da, ayrıca sənət qolu kimi daim inkişafda olduğu bildirilən xəttatlığın islam dünyasının da mədəni dəyərlərini özündə əks etdirdiyi bildirilir.
Azərbaycanda bir çox tarixi abidənin kitabələrində ərəb əlifbası ilə gözəl xətt nümunələrinə rast gəlinir. Ən çox rast gəlinən nəsx xətləridir. Yeri gəlmişkən, xəttatların fəaliyyəti nəticəsində müxtəlif xətt növləri yaradılıb. Epiqrafik abidələrdə kufi, nəsx xətləri ilə yanaşı, süls, şikəstə və nəstəliq xətlərinə də rast gəlinir. Görkəmli Azərbaycan xəttatlarından Mübarək şah Zərrinqələm Təbrizi, Şeyx Əhməd Sührəvərdi, Xacə Mir Əli ibn İlyas Təbrizi, Cəfər Təbrizi bu sənətin inkişafında xüsusi rol oynayıblar. Bu gün Azərbaycanda Tahirə Abdullayeva, Seyfəddin Mənsimoğlu, Vüqar Məmmədov, Müzafəddin Əzizov kimi tanınmış xəttatlar var.
Gözəl xətt müalicə üsullarından biridir...
Mütəxəssislərin qənaətinə görə, əl yazısı və yaxşı xətt gözəlliyin, sağlamlığın qorunmasına və ömrün uzanmasına kömək edir. Məsələn, xəttatlığın geniş tətbiq olunduğu Yaponiya və Çində yazının müalicə üçün tətbiq olunmasının mümkünlüyü üzərində araşdırma aparılıb. Vaxtilə Pekin Qrafik Kommunikasiya İnstitutunda aparılan araşdırmaya görə, gözəl xəttə malik tələbələr daha sağlam və perspektivli olurlar. Həmin institutda aparılan tədqiqatlar nəticəsində böyük xəttatların çoxunun uzunömürlü olduğu müəyyən edilib.
Texnologiyalar çox şeyi arxa plana keçirib
Etiraf edək ki, texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə əl yazısının dəyəri sanki kölgədə qalıb. Klaviatura hər kəs üçün eyni şriftlə danışır, hərflər fərqlənmir, xətlər eyniləşir. Amma əl yazısı fərdidir - insanın daxili aləmini, xarakterini, hətta ruh halını belə əks etdirir. Səliqəli, axıcı yazı diqqət və hörmət hissi oyadır.
Orta məktəblərdə şagirdlər arasında dostluq yazışmaları, ailələrə böyük sevinc bəxş edən əsgər məktubları, sevgi məktubları... Təəssüf ki, artıq bunların hamısı arxada qalıb. İndi küçələrdə poçt qutuları, mənzillərdə poçt üçün, o cümlədən məktub üçün ayrılan guşələr də çox nadir hallarda gözə dəyir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
21 Sentyabr 23:34
İqtisadiyyat
21 Sentyabr 23:19
Sosial
21 Sentyabr 22:56
Dünya
21 Sentyabr 22:20
Dünya
21 Sentyabr 21:43
Dünya
21 Sentyabr 21:15
Dünya
21 Sentyabr 20:58
Dünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41
Sosial
21 Sentyabr 19:34
Dünya
21 Sentyabr 19:14
YAP xəbərləri
21 Sentyabr 19:00
İqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10
YAP xəbərləri
21 Sentyabr 18:06
Sosial
21 Sentyabr 18:05
YAP xəbərləri
21 Sentyabr 17:53
Dünya
21 Sentyabr 17:47
İdman
21 Sentyabr 17:31
Dünya
21 Sentyabr 17:25
İdman
21 Sentyabr 16:46
YAP xəbərləri
21 Sentyabr 16:41
Elm
21 Sentyabr 16:19
Elm
21 Sentyabr 15:48
YAP xəbərləri
21 Sentyabr 15:15
YAP xəbərləri
21 Sentyabr 14:53
İdman
21 Sentyabr 14:36
Formula 1
21 Sentyabr 14:35
Elm
21 Sentyabr 14:27
YAP xəbərləri
21 Sentyabr 14:23
Siyasət
21 Sentyabr 13:34
Sosial
21 Sentyabr 13:27
Sosial
21 Sentyabr 13:25
Hadisə
21 Sentyabr 13:24
YAP xəbərləri
21 Sentyabr 13:21
Xəbər lenti
21 Sentyabr 12:45
YAP xəbərləri
21 Sentyabr 12:37
Siyasət
21 Sentyabr 12:27
İqtisadiyyat
21 Sentyabr 11:43
İqtisadiyyat
21 Sentyabr 11:42
Dünya
21 Sentyabr 11:41
Dünya
21 Sentyabr 11:40
Siyasət
21 Sentyabr 11:38
Dünya
21 Sentyabr 11:19
Siyasət
21 Sentyabr 11:12
Hadisə
21 Sentyabr 11:09
Sosial
21 Sentyabr 11:00
Dünya
21 Sentyabr 10:57
Avropa
21 Sentyabr 10:53
İqtisadiyyat
21 Sentyabr 10:47
Daxili siyasət
21 Sentyabr 10:43
Sosial
21 Sentyabr 10:40
Dünya
21 Sentyabr 10:25
Xəbər lenti
21 Sentyabr 10:21
Dünya
21 Sentyabr 09:42
Dünya
21 Sentyabr 09:16
Dünya
21 Sentyabr 08:58
Dünya
20 Sentyabr 23:18
Hadisə
20 Sentyabr 22:31
Sosial
20 Sentyabr 21:13
Dünya
20 Sentyabr 20:35
Dünya
20 Sentyabr 19:21
Dünya
20 Sentyabr 18:13
Dünya
20 Sentyabr 17:39
Dünya
20 Sentyabr 16:26
Dünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19

