/ / “Bakı Metropoliteni” yeni depo sahələrinin tikintisi, mövcud depoların genişləndirilməsini nəzərdə tutur
“Bakı Metropoliteni” yeni depo sahələrinin tikintisi, mövcud depoların genişləndirilməsini nəzərdə tutur
08.04.2026 [12:31]
Bakı şəhərində nəqliyyat infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən layihələr çərçivəsində “Bakı Metropoliteni” QSC tərəfindən “Yaşıl” xəttin genişləndirilməsi üzrə mühüm addımlar atılır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərlə açıqlaması zamanı “Bakı Metropoliteni” QSC-nin departament rəhbəri Məmməd Rzayev bildirib.
Onun sözlərinə görə, layihə çərçivəsində Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən təxminən 700 milyon dollar məbləğində maliyyə vəsaiti ayrılıb.
“Ayrılmış vəsait hesabına “Yaşıl” xətt üzrə dörd yeni metro stansiyasının tikintisi nəzərdə tutulur. Yeni stansiyalar mövcud xəttin davamı olaraq paytaxtın şimal və şimal-qərb istiqamətində, o cümlədən “Dərnəgül” stansiyasından sonrakı ərazilərdə və Xocəsən istiqamətində yerləşəcək. Bu isə paytaxtın sürətlə inkişaf edən yaşayış massivlərinin metro şəbəkəsinə inteqrasiyasına, həmçinin nəqliyyat sıxlığının azaldılmasına xidmət edəcək”, - deyə departament rəhbəri vurğulayıb.
M. Rzayev bildirilib ki, layihə üzrə tender proseslərinin cari ilin sonunadək həyata keçirilməsi planlaşdırılır.
QSC rəsmisi əlavə edib ki, metro infrastrukturunun genişləndirilməsi çərçivəsində yeni depo sahələrinin tikintisi və mövcud depoların genişləndirilməsi də nəzərdə tutulur: “Belə ki, Xocəsən deposu üzrə ikinci mərhələnin, Dərnəgül deposu üzrə isə üçüncü mərhələnin həyata keçirilməsi planlaşdırılır. Hər iki layihə üzrə tenderlərin elan edilməsi və işlərə başlanılması cari ilin əsas hədəflərindən biri kimi müəyyən olunub. Dərnəgül ərazisində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşa edilən avtomobil və piyada tunelinin tikintisi davam edir. Həmin tunel Abay Kunanbayev küçəsi ilə “Çınarlıq” parkını birləşdirəcək və layihənin tamamlanmasından sonra “Dərnəgül” deposunun ikinci mərhələsinin tam şəkildə istismara verilməsi mümkün olacaq. Aidiyyəti qurumlar tərəfindən layihələrin icrası ilə bağlı müvafiq müzakirələr davam etdirilir”.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21

