Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Leysan yağışları Zaqatala və Balakəndə fəsadlar törədib: Aidiyyəti qurumlar hadisə yerinə cəlb olunub

Leysan yağışları Zaqatala və Balakəndə fəsadlar törədib: Aidiyyəti qurumlar hadisə yerinə cəlb olunub

08.07.2026 [16:30]

Böyük Qafqaz dağlarının cənub ətəklərinə yağan güclü leysan yağışları Zaqatala və Balakən rayonlarında fəsadlara yol açıb. Hər iki rayonun Fövqəladə Hallar Komissiyası (FHK) və aidiyyəti qurumları gecə saatlarından etibarən gücləndirilmiş iş rejimində çalışır.

Bu barədə AZƏRTAC-ın bölgə müxbiri Zaqatala və Balakən Rayon Fövqəladə Hallar Komissiyasından məlumat verilib.

Verilən məlumata əsasən, gecə saatlarından başlayaraq rayonun dağlıq ərazilərinə güclü leysan yağıb. Yağan yağışlar nəticəsində Tala çayında suyun səviyyəsi xeyli artıb. Sel nəticəsində Yuxarı Tala kəndinin Qırğıllı adlanan ərazisində 50 metrə yaxın sahil mühafizə bəndini sel-sular dağıdıb. Eyni zamanda bu yaşayış məntəqəsini Meşleş kəndi ilə birləşdirən əsas körpüyə gedən yola su düşdüyündən, gediş gəliş çətinləşib. Çayın içərisindən keçən Yuxarı Tala və Aşağı Tala kəndlərini içməli su ilə təmin edən su xətlərinə ciddi ziyan dəyib, boruların müəyyən qismini sel suları yuyub aparıb.

Bununla yanaşı rayonun bir sıra yaşayış məntəqələrində də sel fəsadları müşahidə olunur. Aidiyyəti qurumlar fəsadların aradan qaldırılması istiqamətində iş aparır.

Balakən Rayon Fövqəladə Hallar Komissiyasından məlumata görə, yağan leysan yağışları nəticəsində rayon ərazisindən keçən Balakən, Katex, Hunbul və digər çaylarda suyun səviyyəsi kəskin artırıb. Bəzi çaylardan qısamüddətli sel keçib, bəziləri isə məcrasından çıxmaq təhlükəsi ilə üzləşib. Gözlənilən sel təhlükəsi nəzərə alınaraq çayların ətrafına ağır texnikalar cəlb olunub, sel daşqınlarının baş verməməsi məqsədilə tədbirlər görülür.

Komissiyadan o da bildirilib ki, hazırda rayonun İtitala, Kortala, Gərəkli, Püştəala və Beçağar kəndlərində sel fəsadlarının aradan qaldırılması istiqamətində yerli icra və bələdiyyə, eləcə də aidiyyəti təşkilatların nümayəndələrinin iştirakı ilə tədbirlər görülür.

Paylaş:
Baxılıb: 56 dəfə

Xəbər lenti

Hamısına bax

Hərbi

İqtisadiyyat

İqtisadiyyat

Birinci yarımildə...

08 İyul 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31