Bakı Ali Neft Məktəbinin tələbələrinə Beynəlxalq Dəniz Təşkilatının sertifikatları verilib
18.02.2014 [09:34]
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası (ARDDA) tərəfindən Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinə Beynəlxalq Dəniz Təşkilatının sertifikatları verilib.
BANM-ın mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, tədbirdə çıxış edən rektor Elmar Qasımov məktəbdə tədris prosesinin istehsalatla sıx əlaqədə həyata keçirildiyini vurğulayıb. Bildirilib ki, BANM-ın tələbələrinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) müəssisə və təşkilatlarında həm semestr ərzində fənlərin tədris proqramları çərçivəsində qısamüddətli, həm də qış və yay aylarında uzunmüddətli təcrübə keçmələri onların peşə və ixtisasyönümlü fənlər üzrə bilikləri mənimsəmələrinə müsbət təsir göstərib.
ARDNŞ-in təlim, tədris və sertifikatlaşdırma idarəsinin rəisi Fuad Süleymanov deyib ki, yanvarın 22-31-də BANM-da müxtəlif ixtisaslar üzrə təhsil alan 117 nəfər birinci kurs tələbəsi idarənin kadr hazırlığı mərkəzinin laboratoriyalarında və emalatxanalarında, Qobustan regional təlim mərkəzində və dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində təlim keçib.
Bildirilib ki, peşə təlimi təcrübəsi keçən tələbələrə elektrik avadanlığının təmiri, qaynaq işləri, mexaniki və fiziki sınaqlar, kimyəvi analizlər, qazma, nəzarət-ölçmə və avtomatika, texnoloji qurğular və kompressorlara xidmət məsələləri üzrə praktiki biliklər verilib.
Tədbirdə çıxış edən Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov dəniz şəraitində təhlükəsizlik qaydalarını mənimsəmiş tələbələrə veriləcək sertifikatların bütün dünyada qəbul edildiyini bildirib.
Bildirilib ki, ölkəmiz dünyanın 180 dövlətinin üzv olduğu Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsi tərəfindən beynəlxalq konvensiyaları yüksək səviyyədə təşkil edən dövlətlərin siyahısına daxil edilib və sözügedən təşkilatın “Ağ siyahısı”nda dəniz nəqliyyatı sahəsində öndə gedən dövlətlərlə bir sıradadır.
Sonra dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində təlim keçmiş BANM-da neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan 47 tələbəyə beynəlxalq sertifikatlar təqdim edilib.
Tədbirdə tələbələrin peşə təlimi təcrübəsi zamanı çəkilmiş videofilm nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

