İlahiyyat İnstitutu Özbəkistanın ali dini təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirir
24.08.2026 [17:25]
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Azərbaycan–Özbəkistan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsində inkişaf etdiyi müasir mərhələdə iki ölkə arasında ilahiyyat və dini təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir.
Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov söyləyib. Rektor qeyd edib ki, tarixi dostluq və qardaşlıq münasibətlərinə əsaslanan Azərbaycan–Özbəkistan əlaqələrinin bütün istiqamətlərdə inkişafı elm, təhsil, mədəniyyət və mənəvi dəyərlər sahəsində əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkanlar yaradır.
Aqil Şirinovun sözlərinə görə, Aİİ-nin Özbəkistanın ali dini təhsil müəssisələri ilə əməkdaşlığının mühüm nümunələrindən biri Özbəkistan Beynəlxalq İslam Akademiyası ilə qurulan əlaqələrdir. Tərəflər arasında imzalanmış anlaşma memorandumu elmi-pedaqoji və tədqiqat sahələrində qarşılıqlı əməkdaşlığın institusional əsasını yaradıb. Memorandum çərçivəsində birgə elmi-tədqiqatların aparılması, layihələrin həyata keçirilməsi, professor-müəllim heyəti və doktorantların qarşılıqlı səfərləri, tədris-metodik təcrübə mübadiləsi, elmi tədbirlərin təşkili və tələbə mübadiləsi kimi istiqamətlər müəyyənləşdirilib. Əməkdaşlığın mühüm istiqamətlərindən biri də alim və müəllimlərin qarşılıqlı elmi fəaliyyətdə iştirakı, beynəlxalq konfrans, seminar və dəyirmi masalarda təmsil olunmasıdır. Özbəkistan Beynəlxalq İslam Akademiyasının təşkilatçılığı ilə Aİİ-nin müəllim, tələbə və əməkdaşları üçün İslam elmlərinin müxtəlif istiqamətlərini əhatə edən silsilə onlayn mühazirələrin keçirilməsi bu əməkdaşlığın praktiki nəticələrindən biri olub. “Mavəraünnəhrdə təfsir elmi”, “Mərkəzi Asiyada kəlam elminin inkişafı”, “Mötədil teoloji yanaşmalar”, “Ərəb dilinin tədrisi” və “Zəməxşərinin elmi irsi” kimi mövzular üzrə mühazirələr iki ölkənin zəngin elmi ənənələrinin qarşılıqlı öyrənilməsinə imkan yaradıb.
Tələbə və magistrant mübadiləsi istiqamətində də mühüm addımlar atılıb. Özbəkistan Beynəlxalq İslam Akademiyasının dinşünaslıq ixtisası üzrə magistrantlarının Azərbaycan İlahiyyat İnstitutunda təcrübə keçməsi, eləcə də tələbə və müəllimlər üçün seminar və mühazirələrin təşkili akademik əlaqələrin praktiki müstəvidə genişlənməsinə xidmət edib. İki ölkə alimlərinin elmi irsinin qarşılıqlı təqdimatı və nəşri də əməkdaşlığın mühüm istiqamətlərindəndir. Bu baxımdan Özbəkistan Respublikası Elmlər Akademiyasının Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Kamilcan Rəhimovun Azərbaycan dilinə tərcümə edilmiş “Mavəraünnəhr təsəvvüfünün kökləri: Təsəvvüf təliminin təşəkkülü və sistemləşdirilməsi (VIII–XI əsrlər)” əsərinin Aİİ tərəfindən nəşr olunması xüsusi əhəmiyyət daşıyır. Nəşr Mavəraünnəhr təsəvvüfünün formalaşması və inkişafının mühüm mərhələlərini əhatə edir və iki ölkənin İslamşünaslıq sahəsində elmi əməkdaşlığının konkret nəticələrindən biridir.
Əlaqələrin davamı olaraq Aİİ nümayəndə heyəti Səmərqənd şəhərində “Qəlb diplomatiyası: sülh quruculuğunda mədəniyyətlərarası dialoq və təhsilin gücü” mövzusunda beynəlxalq konfransda iştirak edib. Tədbirdə dini təhsil müəssisələrinin müxtəlif dinlər arasında qarşılıqlı anlaşmanın təşviqində rolu, dinlərarası dialoq və təhsilin sülh quruculuğundakı əhəmiyyəti müzakirə olunub. 2026-cı ildə Daşkənd şəhərində keçirilən “Qəlb diplomatiyası: dil, ədəbiyyat, hüquq – sülh quruculuğu və mədəniyyətlərarası dialoqa aparan yol” mövzusunda beynəlxalq konfransda da Aİİ təmsil olunub. Konfrans çərçivəsində “İnam, kimlik və mənsubiyyət: qloballaşan dünyada teoloji təhsilin rolu” mövzusunda müzakirələr aparılıb, Azərbaycanda dövlət-din münasibətləri, dini təhsilin xüsusiyyətləri və teoloji təhsilin müasir cəmiyyətdə rolu ilə bağlı təcrübə və yanaşmalar təqdim edilib.
Rektor bildirib ki, Azərbaycan–Özbəkistan arasında ilahiyyat və dini təhsil sahəsində əməkdaşlığın əsas üstünlüklərindən biri hər iki ölkənin zəngin elmi-mədəni irsinin qarşılıqlı şəkildə öyrənilməsinə imkan yaratmasıdır. Özbəkistanın Mavəraünnəhr və ümumilikdə Orta Asiya İslam elmi məktəbləri ilə bağlı zəngin irsi Azərbaycan üçün, Azərbaycanın dini tolerantlıq, dinlərarası və mədəniyyətlərarası dialoq sahəsində təcrübəsi isə Özbəkistan üçün mühüm elmi maraq kəsb edir.
Aqil Şirinov vurğulayıb ki, Azərbaycan İlahiyyat İnstitutu bu əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsini vacib hesab edir. Qarşılıqlı akademik səfərlərin, tələbə və müəllim mübadilələrinin, birgə elmi tədqiqatların, beynəlxalq konfrans və seminarların, eləcə də ortaq elmi nəşr və layihələrin artırılması iki ölkənin ilahiyyat və dinşünaslıq sahəsində elmi əlaqələrinin daha da möhkəmlənməsinə mühüm töhfə verə bilər.
Xəbər lenti
Hamısına baxMaraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33

