Daşkəsəndə Xocalı soyqırımının ildönümünə həsr olunmuş anım mərasimləri keçirilib
27.02.2014 [09:17]
Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Daşkəsəndə rayonun bütün ümumtəhsil məktəblərində, mədəni-maarif, səhiyyə müəssisələrində, idarə və təşkilatlarında, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə toplantılar, “dəyirmi masa”lar, anım mərasimləri keçirilib. Dünən isə Daşkəsən rayonundakı Şəhidlər xiyabanında ümumrayon anım tədbiri olub. Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev və rayon ictimaiyyətinin fəalları Şəhidlər xiyabanında abidə kompleksinin və torpaqlarımızın azadlığı, toxunulmazlığı uğrunda canından keçmiş şəhidlərin məzarları üzərinə tər çiçək dəstələri düzüblər.
Sonra rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Şəhidlər xiyabanını ziyarətə gələn şəhid ailələri və Qarabağ müharibəsi əlilləri, eləcə də, ictimaiyyət nümayəndələri ilə görüşüb. Görüşdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı deyib ki, Xocalı soyqırımı 22 ildir ki, qəlbində millətə, xalqa, vətənə sevgi gəzdirən hər bir insanın ürəyini göynədir: “İllər keçsə də, biz xain düşmənin bu xəyanətini, misli görünməmiş qəddarlıqla törətdiyi soyqırımı unutmayacağıq. Bu faciəyə Ulu öndərimiz Heydər Əliyev siyasi qiymət verərkən demişdir: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”.
Əhəd Abıyev onu da bildirib ki, planlı şəkildə həyata keçirilən bu soyqırımının məhz Xocalıda törədilməsi zamanı ermənilər Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşıya məqsəd qoymuşdular: “Çünki Xocalı Azərbaycanın qədim dövrlərinə aid ərazilərdən biri kimi tarix və mədəniyyət abidələri ilə zəngin idi. 1992-ci ilin fevralında erməni-rus birləşmiş silahlı qüvvələri Xocalı əhalisini vəhşicəsinə qətlə yetirərkən soyqırımının ən iyrənc mərhələsi olan izi itirmək kimi mənfur hərəkətlərə də əl atmış və Azərbaycan xalqı, eləcə də bəşəriyyət üçün nadir abidələr nümunəsi olan Xocalı abidələrini də dağıtmışlar”.
Əhəd Abıyev əlavə edib ki, bu gün Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı kimi tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlər ciddi nəticələr verməkdədir. Bu baxımdan, Heydər Əliyev Fondu, xüsusilə, onun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gördüyü işlər olduqca təqdirəlayiqdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın da təşəbbüsü və təşkilatçılığı ilə “Xocalıya ədalət” kampaniyası dünyanın müxtəlif ölkələrində bu faciənin tanıdılması baxımından çox uğurlu nailiyyətlər əldə etməkdə, erməni vəhşiliyinin bəşəriyyət üçün təhlükəli bir bəla olduğunu təsdiq etməkdə, Azərbaycan həqiqətlərinə əsrlərdən bəri təxribatlar yayan, qara yaxan erməni lobbisinin iç üzünü dünyaya tanıtmaqdadır.
Sonra mərasim iştirakçıları rayon mədəniyyət evinin foyesində məktəblilərin Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisinə və bu faciədən bəhs edən kitablara baxış keçirib.
Daha sonra anım tədbirinə toplaşanlar A.Mürsəlov adına 2 saylı tam orta məktəbin şagirdlərinin hazırladıqları “Xocalı harayı” adlı ədəbi-bədii kompozisiyaya tamaşa ediblər.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25

