Autizmli uşaqların sayı...
22.09.2026 [11:17]
Artan rəqəmlər nə ilə bağlıdır?
Bir vaxtlar cəmiyyətdə autizm haqqında az danışılırdı. Bu gün isə demək olar ki, çox sayda valideyn autizmlə yaxından tanışdır. Uşağın danışmasının gecikməsi, göz təmasının az olması və sosial ünsiyyətdə çətinlik çəkməsi valideynləri əvvəlkindən daha çox narahat edir. Nəticədə statistik rəqəmlər də dəyişir. Autizm göstəricilərinin artmasında mühüm səbəblərdən biri onun daha yaxşı tanınmasıdır. Əvvəllər autizm spektrində olan bəzi uşaqlar başqa inkişaf problemləri ilə qiymətləndirilir, ya da onlara autizm diaqnozu qoyulmurdu. Zaman keçdikcə həm valideynlərin, həm pediatrların, həm də digər mütəxəssislərin məlumatlılığı artıb. Beləliklə, diaqnostik yanaşmaların genişlənməsi rəqəmlərə təsir edib. Amerika Pediatriya Akademiyası son onilliklərdə artan göstəricilərdə diaqnostik meyarların dəyişməsi, maariflənmənin yüksəlməsi, skrininqin genişlənməsi və erkən müdaxilə xidmətlərinin əlçatanlığının artması kimi amillərin rolunu qeyd edir. Başqa sözlə, bu gün rəqəmlərin yüksəlməsi müəyyən mənada əvvəllər diqqətdən kənarda qalan uşaqların da statistikaya daxil olması ilə əlaqəli ola bilər.
Autizmin səbəbi nədir?
Bu sualın hələ də bir cümləlik cavabı yoxdur. Autizm neyroinkişaf xüsusiyyətidir və onun tək bir səbəbdən meydana gəldiyi düşünülmür. Elmi araşdırmalar genetik amillərin mühüm rol oynadığını göstərir. Bununla yanaşı, prenatal dövr və erkən beyin inkişafı ilə əlaqəli müəyyən bioloji və ətraf mühit amillərinin də rol oynaya biləcəyi araşdırılır. Burada söhbət bir amilin mütləq səbəb olmasından deyil, müxtəlif amillərin qarşılıqlı təsirindən gedir. Ona görə də “autizmin səbəbi məhz budur” tipli qəti iddialara ehtiyatla yanaşmaq lazımdır.
Valideynlər nəyi bilməlidir?
Autizmlə bağlı ən vacib məsələlərdən biri erkən fərq edilmədir. Uşağın inkişafında nitq, sosial ünsiyyət, davranış və digər sahələrdə fərqliliklər müşahidə olunarsa, bunu “gec danışacaq”, “xarakteri belədir” deyərək uzun müddət gözlətmək düzgün yanaşma olmaya bilər. Uşaqların inkişaf tempi fərqli ola bilər. Ancaq valideyni narahat edən davamlı bir xüsusiyyət varsa, pediatr və inkişaf üzrə mütəxəssislə məsləhətləşmək həmin narahatlığın səbəbini aydınlaşdırmağa kömək edə bilər.
Erkən müəyyənləşdirmənin əhəmiyyəti də məhz buradadır. Uşağın ehtiyacları nə qədər tez müəyyənləşdirilərsə, ona uyğun dəstək və inkişaf imkanlarını planlaşdırmaq bir o qədər asanlaşır.
“Autizm epidemiyası” demək nə dərəcədə doğrudur?
Artan statistika bəzən “autizm epidemiyası” ifadəsinin işlədilməsinə səbəb olur. Lakin bu ifadə məsələnin elmi mahiyyətini tam əks etdirmir. Çünki diaqnozların artması ilə autizmin real bioloji yayılmasının artmasını bir-birindən ayırmaq çətindir. Mütəxəssislər də məhz buna görə statistik göstəriciləri şərh edərkən diaqnostik meyarların, skrininqin, səhiyyə xidmətlərinə çıxışın və cəmiyyətin məlumatlılıq səviyyəsinin dəyişməsini nəzərə alırlar. Müxtəlif bölgələrdə fərqli göstəricilərin olması da yalnız biologiya ilə izah edilə bilməz. Diaqnostika və xidmətlərə çıxış imkanları da nəticələrə təsir edir.
Bir məsələ isə artıq kifayət qədər aydındır: autizm haqqında məlumatlılığın artması mənfi hal deyil. Əksinə, daha çox uşağın vaxtında tanınması onların ehtiyaclarına uyğun dəstəyin göstərilməsinə imkan yaradır.
Autizmli uşaqların sayı niyə artır?
Mövzu ilə bağlı “Yeni Azərbaycan”a danışan klinik psixoloq Aynurə Məcidova bildirib ki, son illər autizm diaqnozlarının artmasını yalnız bir səbəblə əlaqələndirmək düzgün deyil: “Burada ilk növbədə autizmin daha yaxşı tanınmasını qeyd etmək lazımdır. Əvvəllər müəyyən davranış və inkişaf xüsusiyyətləri olan uşaqların bir hissəsi ümumiyyətlə autizm baxımından qiymətləndirilmirdi. Bu gün isə valideynlərin məlumatlılığı daha yüksəkdir. Diaqnostik yanaşmaların inkişafı da daha çox uşağın müəyyən edilməsinə şərait yaradır.
Autizmin yaranmasını bir səbəblə izah etmək mümkün deyil. Çünki autizm spektr pozuntusu mürəkkəb neyroinkişaf xüsusiyyətidir. Genetik amillərin mühüm rolu olduğu məlumdur. Bununla yanaşı, prenatal və erkən inkişaf dövrü ilə əlaqəli müxtəlif bioloji amillər də tədqiq edilir. Lakin bunların heç birini bütün hallarda autizmin birbaşa səbəbi kimi təqdim etmək olmaz”.
İlk travmanı valideynlər alır...
A.Məcidova valideynlərə uşağın inkişafındakı fərqlilikləri görməzlikdən gəlməməyi tövsiyə edib: “Uşaqda nitq və sosial ünsiyyətin inkişafında nəzərəçarpan gecikmə, göz təmasının və qarşılıqlı ünsiyyətin məhdudluğu, təkrarlanan davranışlar və ya yaşına uyğun olmayan digər inkişaf xüsusiyyətləri müşahidə olunursa, mütləq mütəxəssisə müraciət etmək lazımdır. Bu əlamətlərin olması avtomatik olaraq autizm diaqnozu demək deyil. Qiymətləndirmə kompleks şəkildə aparılmalıdır”.
Klinik psixoloq həmçinin autizmlə bağlı yayılan yanlış fikirlərə diqqət çəkib: “Ən vacib məsələlərdən biri valideynləri əsassız günahlandırmamaq və autizmi bir səbəbə bağlamamaqdır. Elmi araşdırmalar autizmin mürəkkəb və çoxamilli xüsusiyyət daşıdığını göstərir. Uşaqların valideynləri ilə də məşğul olmaq lazımdır. Çünki ilk travmanı alan valideynlər olur. Təəssüf ki, cəmiyyətimizdə autizm sindromlu bir uşaq görəndə onlardan qaçmağa, ehtiyat etməyə, qorxmağa başlayırlar. Onlar vəhşi deyil, qatil deyillər. Onlar da bizdən biridirlər. Sadəcə fərqlidirlər. Hər birimiz kimi onların da bu cəmiyyətdə yaşamaq haqqı var. Əyləncə məkanlarından, parklardan, teatr və kinolardan istifadə etməyə haqları var”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİdman
22 Sentyabr 11:56
Mədəniyyət
22 Sentyabr 11:53
Elm
22 Sentyabr 11:51
Sosial
22 Sentyabr 11:49
Hadisə
22 Sentyabr 11:42
Daxili siyasət
22 Sentyabr 11:26
Sosial
22 Sentyabr 11:23
Sosial
22 Sentyabr 11:22
İqtisadiyyat
22 Sentyabr 11:22
İdman
22 Sentyabr 11:20
Sosial
22 Sentyabr 11:17
Analitik
22 Sentyabr 10:59
YAP xəbərləri
22 Sentyabr 10:56
YAP xəbərləri
22 Sentyabr 10:51
Elm
22 Sentyabr 10:35
Dünya
22 Sentyabr 10:32
YAP xəbərləri
22 Sentyabr 10:31
İqtisadiyyat
22 Sentyabr 10:23
Dünya
22 Sentyabr 10:15
Dünya
22 Sentyabr 10:13
Sosial
22 Sentyabr 10:11
Xəbər lenti
22 Sentyabr 09:46
İqtisadiyyat
22 Sentyabr 09:40
Siyasət
22 Sentyabr 09:16
Gündəm
22 Sentyabr 08:54
Gündəm
22 Sentyabr 08:30
Hadisə
22 Sentyabr 07:52
Sosial
22 Sentyabr 07:23
Dünya
21 Sentyabr 23:34
İqtisadiyyat
21 Sentyabr 23:19
Sosial
21 Sentyabr 22:56
Dünya
21 Sentyabr 22:20
Dünya
21 Sentyabr 21:43
Dünya
21 Sentyabr 21:15
Dünya
21 Sentyabr 20:58
Dünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41
Sosial
21 Sentyabr 19:34
Dünya
21 Sentyabr 19:14
YAP xəbərləri
21 Sentyabr 19:00
İqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10
YAP xəbərləri
21 Sentyabr 18:06
Sosial
21 Sentyabr 18:05
YAP xəbərləri
21 Sentyabr 17:53
Dünya
21 Sentyabr 17:47
İdman
21 Sentyabr 17:31
Dünya
21 Sentyabr 17:25
İdman
21 Sentyabr 16:46
YAP xəbərləri
21 Sentyabr 16:41
Elm
21 Sentyabr 16:19
Elm
21 Sentyabr 15:48
YAP xəbərləri
21 Sentyabr 15:15
YAP xəbərləri
21 Sentyabr 14:53
İdman
21 Sentyabr 14:36
Formula 1
21 Sentyabr 14:35
Elm
21 Sentyabr 14:27
YAP xəbərləri
21 Sentyabr 14:23
Siyasət
21 Sentyabr 13:34
Sosial
21 Sentyabr 13:27
Sosial
21 Sentyabr 13:25
Hadisə
21 Sentyabr 13:24
YAP xəbərləri
21 Sentyabr 13:21
Xəbər lenti
21 Sentyabr 12:45
YAP xəbərləri
21 Sentyabr 12:37
Siyasət
21 Sentyabr 12:27
İqtisadiyyat
21 Sentyabr 11:43
İqtisadiyyat
21 Sentyabr 11:42

