Binəqədi rayonunda 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilib
28.05.2014 [12:58]
Mayın 27-də Binəqədi rayonunda Azərbaycan dövlətçilik tarixinin qürurverici səhifələrindən olan 28 May-Respublika Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, millət vəkilləri Rafael Cəbrayılov, Musa Qasımlı, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanları və icra strukturlarının rəhbərləri, həmçinin, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Binəqədi rayon İcra Hakimiyyətində keçirilən tədbirin rəsmi hissəsini giriş nitqi ilə açan rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını tarixi keçmişimizin şanlı səhifələrindən biri kimi səciyyələndirib. O, cəmi 23 ay mövcud olan Şərqin ilk demokratik dövlətinin bir çox uğurlara imza atdığını qeyd edib. Natiq 70 ildən sonra müstəqilliyini bərpa edən Azərbaycan Respublikasını bu gün regional miqyasda və beynəlxalq aləmdə öz sözünü deyə bilən ölkə kimi səciyyələndirib. Çıxışında Azərbaycanın yenidən müstəqillik əldə etməsindən, 1991-93-cü illərdə mövcud olan xaos və anarxiya nəticəsində müstəqilliyimizi itirmək təhlükəsi ilə baş-başa qalmağımızdan danışan, həmçinin, Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri sayəsində müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamadığını və müstəqillik yolunda dönmədən irəlilədiyini deyən İlqar Süleymanov Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində son illər respublikamızda qazanılmış nailiyyətlər haqqında da məlumat verib.
Sonra çıxış edən millət vəkili, tarix elmləri doktoru, professor Musa Qasımlı Azərbaycan xalqının istiqlal mübarizəsi tarixindən bəhs edib, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının türk-müsəlman dünyasında demokratik və çağdaş dəyərlərin, insan hüquq və azadlıqlarının, eləcə də dünyəvilik prinsiplərinin hakim olduğu cəmiyyət quruculuğuna böyük stimul olduğunu diqqətə çatdırıb. M.Qasımlı dövlət quruculuğu istiqamətində mühüm uğurlara imza atmış Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını Şərq xalqlarının azadlıq mübarizəsində hərəkətverici amillərdən biri kimi xarakterizə edib.
Bayram tədbiri Respublikanın Əməkdar artisti Azərinin ifasında vətənpərvərlik mövzusunda mahnıların səsləndirilməsi ilə davam edib. Müğənninin ifa etdiyi vətən sevgisi, dövlət və millətə bağlılığı tərənnüm edən mahnıları tədbir iştirakçıları böyük coşğu ilə qarşılayıblar. Sonda “Çırpınırdı Qara dəniz” mahnısının sədaları altında rayon gənclərindən ibarət və Azərbaycan ordusunun qoşun növlərinin hərbi formalarını geyinmiş “Şahinlər” komandası səhnəyə çıxaraq, Azərbaycan bayrağını dalğalandırıblar.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56

