/ / Milli Qurtuluş Günü ərəfəsində Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri bir daha xatırlanıb
Milli Qurtuluş Günü ərəfəsində Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri bir daha xatırlanıb
13.06.2014 [09:21]
İyunun 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirilib.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin akademiyadakı büstü önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Tədbiri Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov açaraq Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müasir müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən və Ulu öndərin hakimiyyəti illərində əldə olunmuş nailiyyətlərdən söhbət açıb. Bildirilib ki, ölkəmizdə dərin siyasi-iqtisadi böhranın, xaos və anarxiyanın hökm sürdüyü günlərdə Heydər Əliyevin xalqın çağırışı ilə yenidən hakimiyyətə qayıdışı nəticəsində ictimai-siyasi sabitlik bərpa olunub, vətəndaş müharibəsinin qarşısı alınıb.
U.Ələkbərov Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin yeni inkişaf strategiyasından danışıb, qazanılan uğurlar sayəsində ölkəmizin iqtisadi potensialının və nüfuzunun daha da artığını qeyd edib. Vurğulanıb ki, dövlətimizin başçısı Azərbaycan təhsilinə və elminə də dəyərli töhfələr verir.
Sonra Qurtuluş Gününə həsr edilmiş sənədli film nümayiş etdirilib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, professor Hadi Rəcəbli qeyd edib ki, Azərbaycanın görkəmli oğlu, böyük vətənpərvər Heydər Əliyev Vətənin bu ağır günündə kənarda qala bilməzdi. O, xalqın təkidli çağırışını qəbul edib Bakıya gəldi. Bununla da daxili və xarici düşmənlərimizin məkrli planları iflasa uğradı. Xilaskarlıq missiyasını Öz üzərinə götürən bu dahi şəxsiyyət həyatını təhlükə altında qoyaraq Gəncəyə getdi. Hadisələrin daha faciəli nəticələrə gətirib çıxarmasının, vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı. Heydər Əliyevin bu xilaskarlıq missiyasının başlanğıcı Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
Akademiyanın siyasi idarəetmə və politologiya kafedrasının müdiri Nigar Ələkbərova, beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müəllimi Namiq Axundov, Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov çıxış edərək bildiriblər ki, Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluş, nicat yolu başlayıb, bu böyük şəxsiyyətin Vətənin ağır günlərində Öz xalqının yanında olması insanların itmiş inamını qaytarıb, Onun qətiyyəti cəmiyyətdə böyük ruh yüksəkliyi doğurub.
Çıxış edənlər Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərini xatırladıb, Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə qazanılmış böyük nailiyyətlərdən bəhs ediblər.
Xəbər lenti
Hamısına baxGündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25

