Bakı Ali Neft Məktəbi ABŞ-ın “Emerson” şirkəti ilə əməkdaşlığa başlayır
09.07.2014 [10:42]
İyulun 8-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbi (BANM) ilə ABŞ-ın “Emerson” şirkətinin biznes-strukturlarından biri olan “Emerson Process Management” şirkəti arasında əməkdaşlıq haqqında razılaşma sənədi imzalanıb.
BANM-ın mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, mərasimdə çıxış edən təhsil ocağının rektoru Elmar Qasımov tələbələrə yüksək nəzəri biliklər vermək və zəngin praktiki təcrübə aşılamaq məqsədilə məktəbin xarici təhsil müəssisələri və şirkətlərlə fəal əməkdaşlıq etdiyini deyib. Rektor bildirib ki, “Emerson” şirkəti ilə əməkdaşlıq proseslərin avtomatlaşdırılması sahəsində yüksək ixtisaslı mütəxəssislər hazırlanması, korporativ təhsil, ixtisasartırma, təcrübənin nəsildən nəslə ötürülməsi ənənəsinin dirçəldilməsi, kadr ehtiyatlarının inkişafı kimi vəzifələri uğurla yerinə yetirmək imkanı yaradacaq.
“Emerson Process Management” şirkətinin Şərqi Avropa üzrə vitse-prezidenti Yohan Vanderplats çıxışında qeyd edib ki, Azərbaycan “Emerson” şirkətinin texnologiyaları və xidmətləri üçün vacib məkandır. Regionda biznes fəaliyyətini maksimum genişləndirmək niyyətində olan şirkət dünyanın onlarla universiteti ilə birgə təhsil proqramları həyata keçirir. Bu layihənin ölkəmizin ali təhsil müəssisəsi ilə ilk əməkdaşlıq təcrübəsi olduğunu diqqətə çatdıran Y.Vanderplats Azərbaycanın neft-qaz sektoru üçün beynəlxalq səviyyəli mühəndislərin hazırlanması prosesinə töhfə verməyə hazır olduqlarını deyib.
Sonra Elmar Qasımov və Yohan Vanderplats Bakı Ali Neft Məktəbi ilə “Emerson Process Management” şirkəti arasında əməkdaşlıq haqqında razılaşmanı imzalayıblar.
İmzalanan sənədə əsasən, tərəflər neft-qaz sənayesi müəssisələrində istehsal proseslərinin avtomatlaşdırılması üzrə tədqiqat və tədris proqramlarını dəstəkləmək üçün birgə tədbirlər həyata keçirəcəklər. Razılaşmanın şərtlərinə görə, “Emerson” BANM-ı xüsusi tədris materialları ilə təchiz edəcək, şirkətin ekspertləri tələbələr üçün mühazirələr və seminarlar, bilavasitə müəssisələrdə istehsalat təcrübəsi təşkil edəcək və yay stajkeçmə proqramları həyata keçirəcəklər. “Emerson” şirkəti əlaçı tələbələri mükafatlandırılacaq və onlara təqaüdlər verəcək.
Şirkət, həmçinin müəssisələrin rəqəmli idarəetmə arxitekturasından (Plant WebTM) və intellektual simsiz cihazlardan istifadə edilməklə, Bakı Ali Neft Məktəbində ixtisaslaşdırılmış tədris laboratoriyasının yaradılması layihəsini dəstəkləyəcək.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26

