/ / Heydər Əliyev Fondunun təşəbbüsü ilə son 9 ildə Abşeronda 22 məktəb binası və 18 uşaq bağçası inşa olunub
Heydər Əliyev Fondunun təşəbbüsü ilə son 9 ildə Abşeronda 22 məktəb binası və 18 uşaq bağçası inşa olunub
04.09.2014 [09:38]
Sentyabrın 3-də Abşeron Rayon Mədəniyyət Evində təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.
AzərTAc xəbər verir ki, rayon təhsil şöbəsinin müdiri Nadir Ağayev 2013-2014-cü tədris ilinin yekunlarından bəhs edib. Bildirilib ki, ali məktəblərə sənəd verən 1215 abituriyentin 785 nəfəri tələbə adını qazanıb. Onlardan 81-i 500-dən, 33-ü isə 600-dən yuxarı bal toplayıb. Bu da ötən ilin göstəricisinə nisbətən xeyli çoxdur.
Qeyd edilib ki, 2013-2014-cü dərs ilində əvvəlki illə müqayisədə 105 sinif kompleksində 2808 nəfər şagird artımı olub.
Konfransda Abşerondan olan gənclərin Azərbaycan təhsilində qazandıqları uğur və nailiyyətlərdən danışılıb. Bildirilib ki, ali məktəblərə qəbulda Güzdək qəsəbə və Məhəmmədi kənd tam orta məktəbləri 100 faizli nəticəyə nail olublar. Eyni zamanda yeni dərs ilinin başlanması ilə əlaqədar qarşıya qoyulan tələblər və qarşıdakı tədris ilinə hazırlıqlar barədə də məlumat verilib. Vurğulanıb ki, məktəblərin maddi-texniki bazası müasir standartlara uyğun olaraq yenidən qurulub, metodiki səviyyəni yüksəltmək üçün rayon müəllimləri müntəzəm surətdə ixtisasartırma kurslarına ezam olunublar.
Tədbirdə o da qeyd olunub ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə son 9 ildə rayonda 22 məktəb binası, 18 uşaq bağçası - körpələr evi inşa olunub, əksər məktəblər isə əsaslı təmir edilərək müasir texniki avadanlıqlarla komplektləşdirilib.
Bu ilki qəbul imtahanında 690 balla “ADA” Universitetinin tələbəsi adını qazanmış Xırdalan şəhərindəki 9 nömrəli məktəbin məzunu Elşən Quliyev bu uğurların dövlətimizin başçısı İlham Əliyevin təhsil sahəsinə göstərdiyi qayğının nəticəsi olduğunu bildirib.
Təhsil nazirinin müşaviri İlham Pirməmmədov əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasətdə təhsil sahəsinə diqqətin prioritet olduğunu, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasətin yeni mərhələyə qədəm qoyduğunu bildirərək ümumilikdə Azərbaycan təhsilinin gələcək planları haqqında ətraflı məlumat verib.
Qazanılan uğurlar münasibətilə müəllimləri və tələbə adına sahib olan məzunları təbrik edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, Azərbaycanda təhsilin və elmin inkişafına yüksək səviyyədə dövlət qayğısı göstərilir. Bu sahələrin tərəqqisi isə öz növbəsində ölkəmizin sürətli inkişafına töhfəsini verir. Azərbaycan dövlətinin reallaşdırdığı siyasətin əsasında duran prioritetlərdən biri də insan kapitalının daha da inkişaf etdirilməsidir. Bu baxımdan təhsil sahəsinə qoyulan investisiyalar mühüm əhəmiyyət kəsb edir.
Bildirilib ki, təhsilin yeni mərhələyə qədəm qoymasında, onun maddi-texniki bazasının möhkəmləndirilməsində Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələri bu sahənin inkişafında mühüm rol oynayıb. Həmin proqram və layihələrin uğurlu olmasını şərtləndirən əsas amillərdən biri də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu məsələləri daim diqqətdə saxlamasıdır.
Sonda tələbə adını qazanan məzunlara və təhsil sahəsində fərqlənən müəllimlərə qiymətli hədiyyələr təqdim edilib.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

