/ / Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin 85 illiyinə həsr edilmiş beynəlxalq elmi-praktik konfrans işə başlayıb
Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin 85 illiyinə həsr edilmiş beynəlxalq elmi-praktik konfrans işə başlayıb
23.09.2014 [09:35]
Sentyabrın 22-də Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Dövlət Aqrar Universitetin 85 illiyinə həsr olunmuş “Müasir aqrar elm: Qloballaşma şəraitində əsrin aktual problemləri və inkişaf perspektivləri” mövzusunda Beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Gəncə şəhər İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkil etdikləri konfransda 11 xarici dövlətdən 34 nümayəndə olmaqla, ümumilikdə, 300 nəfər iştirak edir.
İştirakçılar əvvəlcə Ulu öndərin Heydər Əliyev Mərkəzinin qarşısındakı abidəsini ziyarət edərək xatirəsinə ehtiramlarını bildiriblər. Sonra tədbir iştirakçıları Mərkəzdə dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətinin müxtəlif anlarını əks etdirən fotoşəkillərə baxıblar.
Konfransı giriş sözü ilə açan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Türkiyə, Amerika Birləşmiş Ştatları, Rusiya, Macarıstan, Sloveniya, Gürcüstan, Norveç, Portuqaliya, Fransa, eləcə də respublikamızın müvafiq ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən nümayəndələri salamlayıb, Azərbaycanda son illər aqrar sahədə aparılan islahatların uğurlu nəticələrindən danışıb. Qeyd edib ki, dahi rəhbər Heydər Əliyev 1969-cu ildə respublikamızda birinci dəfə hakimiyyətə gəldikdən sonra aqrar sahənin inkişafına göstərilən diqqət və qayğı nəticəsində Azərbaycan kənd təsərrüfatı məhsulları idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib. Ulu öndər elə o vaxtdan başlayaraq bu sahənin ixtisaslı kadrlarla təmin olunması üçün Azərbaycan Dövlət Aqrar Universitetinin maddi-texniki bazasının gücləndirilməsinə xüsusi diqqət yetirib. Nəticədə ölkənin aqrar elminin inkişafı dünya səviyyəsinə yüksəlib.
Kənd Təsərrüfatı Nazirliyinin məsul işçisi Rəsul Balayev konfrans iştirakçılarını təmsil etdiyi qurumun rəhbərliyi adından təbrik edib və beynəlxalq tədbirin işinə uğurlar arzulayıb.
Azərbaycan Dövlət Aqrar Universitetinin tədris işləri üzrə prorektoru Anar Hətəmovun universitetin 85 ildə keçdiyi şərəfli yoldan bəhs edən məruzəsi dinlənilib.
Konfransda ABŞ-ın İllinoys Universitetinin professoru Mohammad Babadust, AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev, Türkiyənin Kastamonu Universitetinin rektoru, professor Aydın Seyit, K.A.Timiryazev adına Rusiya Kənd Təsərrüfatı Akademiyasının rektoru Vladimir Neçayev və başqaları çıxış edərək Azərbaycan Dövlət Aqrar Universitetinin 85 illik yubileyi münasibətilə kollektivi təbrik ediblər. Onlar bu ali təhsil ocağının təkcə Azərbaycanın deyil, bütövlükdə dünya aqrar elminin inkişafına verdiyi töhfələrdən danışıblar.
Sentyabrın 24-dək davam edəcək konfrans çərçivəsində iştirakçılar universitetin qapalı balıqçılıq və quşçuluq mərkəzləri, müasir informasiya texnologiyaları ilə təchiz edilmiş tədris korpusları, eləcə də Gəncənin tarix-memarlıq abidələri və bu şəhərdə aparılan abadlıq-quruculuq işləri ilə yaxından tanış olacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09

