Səbail ictimaiyyətinin nümayəndələri cəbhə bölgəsində olublar
12.11.2014 [09:53]
Dövlət Bayrağı Günü ilə əlaqədar Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri və incəsənət xadimləri ənənəvi olaraq rayonun hamilik etdiyi cəbhə bölgəsində, düşmənlə birbaşa üz-üzə mövqelərdə dayanan, Müdafiə Nazirliyinin Tərtər rayonundakı “N” saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərlə görüşüb.
Rayon İcra Hakimiyyətindən AzərTAc-a bildirilib ki, qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərə gələrək burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə söhbətlər aparıb, onlara gətirdikləri sovqatları çatdırıblar. Rayon ictimaiyyətinin nümayəndələri bu hərbi hissədə xidmət edən səbailli gənclərlə də görüşüb, onların xidməti və məişət şəraiti ilə yaxından maraqlanıblar.
Qonaqlar Səbail rayon İcra Hakimiyyətinin hədiyyələrini, cəbhə bölgəsində zəruri olan müxtəlif ləvazimatları şəxsi heyətə təqdim ediblər. İcra Hakimiyyəti tərəfindən hərbi hissənin tələbatı nəzərə alınaraq müxtəlif tikinti materialları da hərbçilərimizə çatdırılıb.
Şəxsi heyət ilə keçirilən görüşdə çıxış edən İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Dövlət Bayrağı Günü münasibətilə əsgərlərimizi təbrik edib, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb. O, hərbi hissənin şəxsi heyətini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırıb və işğal altında olan bütün Azərbaycan torpaqlarının dövlət başçısının apardığı məqsədyönlü siyasət nəticəsində düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin olunduğunu, lazım gələrsə, Prezidentimizin əmri ilə silaha sarılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirib.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov da əsgərlər qarşısında çıxış edərək bayram münasibətilə onları təbrik edib, çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayıb.
Hərbi hissənin komandiri, polkovnik Qiyas Abbasov şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat verib, hərbi hissə ilə Səbail rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Dövlət Bayrağı Günü münasibətilə keçirilən tədbirin təşkilinə görə Səbail RİH rəhbərliyinə minnətdarlığını bildirib, hərbi hissədəki bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbçilərin ruh yüksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulayıb.
Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin böyük bir qrupu Səbail RİH-in xatirə hədiyyələri ilə mükafatlandırılıb.
Sonra hərbçilərimiz üçün konsert proqramı təşkil olunub.
Bayram şənliyindən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə süfrə arxasında nahar ediblər.
Bayram münasibətilə hərbi hissə komandirinin əmri ilə xidmətdə fərqlənən bir qrup əsgər məzuniyyətlə mükafatlandırılıb və onlar Səbail RİH-in nümayəndələri tərəfindən həmin gün evlərinə çatdırılıblar.
Xəbər lenti
Hamısına baxSiyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30

