“Gəncə 2016: Gələcəyə Baxış” forumu keçiriləcək
30.01.2015 [10:06]
2015-ci ilin mart ayında Bakı və Gəncə şəhərlərində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGMTŞ), Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “Gəncə 2016: Gələcəyə Baxış” forumu keçiriləcək. Forumda Gəncə şəhər İcra Hakimiyyəti, “Gəncə 2016 - Avropa Gənclər Paytaxtı” Təşkilat Komitəsi, 2009-cu ildən bəri Avropa Gənclər Paytaxtı olmuş ölkələrin Gənclər Milli Şuralarının nümayəndələri və ARGTMŞ-nin üzvü olan yerli gənclər təşkilatlarının rəhbərləri iştirak edəcək. Forumun məqsədi Avropa Gənclər Paytaxtı sahəsində xarici təcrübənin öyrənilməsi, Gəncə şəhərində Avropa Gənclər Paytaxtı ilə bağlı görülən və görülməsi planlaşdırılan işlərinin təqdimatı, yerli gənclər təşkilatlarının xarici və beynəlxalq gənclər platformaları ilə əməkdaşlığının qurulması və inkişaf etdirilməsinə dəstək verilməsidir.
Forum zamanı iştirakçılar arasında təcrübə mübadiləsi aparılacaq, layihə çərçivəsində müxtəlif mövzularda sessiyalar keçiriləcək, görülmüş və görüləcək işlər müzakirə olunacaq. Həmçinin, tədbirdə Avropa Gənclər paytaxtların nümayəndələrinin tövsiyə və təklifləri dinləniləcək.
ARGTMŞ-nin baş katibi Seymur Hüseynov deyib ki, Gənclər Milli Şuralarının Azərbaycanda toplanması Avropa Gənclər Paytaxtı - 2016 üçün böyük uğurdur: “Gəncə şəhərin 2016-cı il üzrə Avropa Gənclər Paytaxtı olması, bilavasitə Azərbaycan gənclər siyasətinin uğurlarından biridir. Bu günədək ARGTMŞ tərəfindən Avropa Gənclər Forumunun üzvü olan Gənclər Milli Şuralarının nümayəndələrinin Azərbaycana səfəri, yerli gənclər platformaları ilə əməkdaşlığının qurulması sahəsində bir çox tədbirlər təşkil olunub. Bu istiqamətdə fəaliyyətimizi davam etdirmək məqsədilə, bu il ərzində də “Gəncə 2016 - Avropa Gənclər Paytaxtı” ilə bağlı bir sıra layihə və tədbirlər həyata keçirməyi planlaşdırırıq. Bu ilin payızında 300 nəfərin iştirakı ilə Gəncə şəhərində keçiriləcək Avropa Gənclər Forumunun üzvlərinin ümumi yığıncağı isə bu tədbirlərdən ən böyüyü olacaq”.
Xatırladaq ki, Avropa Gənclər Paytaxtları 2009-cu ildən bəri seçilirlər. Bu günədək Rotterdam, Türin, Atverpen, Praqa, Maribor, Soloniki və Cluj-Napoka şəhərləri Avropa Gənclər Paytaxtı statusu qazanıblar. 2014-cü ildə Yunanıstanın Soloniki şəhərində keçirilən təntənəli tədbirdə Gəncə şəhəri Avropa Gənclər Paytaxtı seçilib.
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29

