Xalq şairi Vaqif Səmədoğlu son mənzilə yola salınıb
30.01.2015 [10:08]
Yanvarın 29-da müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Vaqif Səmədoğlu son mənzilə yola salınıb.
AzərTAc xəbər verir ki, vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərhumun cənazəsi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində qoyulmuşdu.
Salonda həzin matəm musiqisi səslənirdi.
Sənətkarın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu.
Cənazənin ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından əklillər düzülmüşdü.
Vaqif Səmədoğlunun həmkarları, dostları, tanışları, tanınmış elm və mədəniyyət xadimləri axın-axın teatrın binasına gəlir, görkəmli şairə və gözəl insana son borclarını verirdilər.
Vida mərasimi şairin həyat, sevgi, ölümlə bağlı düşüncələrini əks etdirən səs yazısının səsləndirilməsi ilə başladı.
Mərasimdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək dedi: “Bu gün Azərbaycan xalqı böyük şair və dramaturqlarından biri ilə vidalaşır. Böyük Səməd Vurğun ailəsi sonbeşiyini itirdi. Vaqif Səmədoğlu ömür boyu ölümdən yazsa da, həyatı sevən bir şair idi. Ömrümüzün 60 ili qarşılıqlı dostluq, mehribanlıqla keçib. Mənim üçün dünən dünya boşaldı”.
Matəm mərasimində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev və Xalq şairi Nəriman Həsənzadə çıxış edərək Vaqif Səmədoğlunun özünəməxsus yaradıcılıq axtarışlarından, bənzərsiz poeziyasından söz açıblar.
Vurğulanıb ki, Vaqif öz şerinin, misralarının içində olan, doğulduğu məmləkətin, mənsub olduğu millətin müstəqilliyi, azadlığı uğrunda mübarizə aparan şair idi. O, öz üslubu, yolu olan bir söz adamı kimi Azərbaycanın böyük şairi Səməd Vurğundan fərqli ədəbiyyat yarada bildi.
Bildirilib ki, Vaqif Səmədoğlu elə ilk şeirlərindən səmimi oldu, ürəyinin səsi ilə yazdı. Ədəbiyyata gəldiyi ilk gündən şeirlərinin fəlsəfi dərinliyi, orijinal deyim tərzi ilə diqqəti cəlb edən Vaqif Səmədoğlu bütün yaradıcılığı boyu ictimai-siyasi həyatımızı təsir altına alan və tez-tez dəyişən ideologiyalardan uzaq olub. Ona görə də şairin ötən əsrin 60-cı illərində yazdığı şeirləri ilə XXI əsrin əvvəllərində yazdığı şeirləri əqidə, məslək baxımından müqayisə etdikdə heç bir fikir ayrılığı yaranmır. Vaqif bir şair kimi həqiqət, təmizlik, paklıq dünyasında əzab çəkəndə belə adi insan rahatlığından, ötəri şöhrətdən, müvəqqəti əzizlənmədən şair iradəsi, şair təmkini ilə uzaqlaşa bilib.
Vaqif Səmədoğlu “Yoldan teleqram”, “Günün bəxti”, “Mən burdayam, İlahi”, “Uzaq yaşıl ada” kitablarına toplanan şeirləri ilə böyük ədəbi-ictimai rezonans doğura bildi.
Vaqif Səmədoğlunun müdrik ironiyasından doğan “Uca dağ başında”, “Bəxt üzüyü”, “Lotoreya”, “Yayda qartopu oyunu”, “Yaşıl eynəkli adam”, “Generalın son əmri”, “Mamoy kişinin yuxuları” pyesləri saxta gülüşün, laqqırtının teatr səhnələrini başına aldığı bir dövrdə bütövlükdə milli ictimai şüura öz oyadıcı, maarifləndirici təsirini göstərdi.
İnsanilik, müdriklik, vətəndaşlıq, humanizm və qətiyyət Vaqif Səmədoğlu şəxsiyyətini səciyyələndirən əsas xüsusiyyətlərdir. Təvazökarlıq, təmkin, şöhrətpərəstliyə, populyarlığa etinasızlıq, təmənnasızlıq onun poetik ruhunun özülüdür. Vaqif Səmədoğlu əxlaqi və intellektual keyfiyyətlərə malik, böyük ədəbiyyatın yaranmasına və inkişafına təkan verən əsl sənət xadimi idi.
Vaqif Səmədoğlu yaratdığı bənzərsiz poeziya nümunələri ilə yaddaşlarda əbədi qalacaq.
Mərhumun ailəsi adından çıxış edən Aqşin Ziyadov şairin xatirəsinə göstərilən hörmət və ehtirama görə dövlətimizin başçısı İlham Əliyevə və vida mərasiminə toplaşanlara dərin minnətdarlığını bildirib.
Sonra görkəmli şairin cənazəsi son mənzilə yola salınıb.
Mərhum Birinci Fəxri xiyabanda torpağa tapşırılıb.
Allah rəhmət eləsin!
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Gündəm
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40

