Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan Gəncləri Günü münasibətilə veloyürüş təşkil olunacaq

Azərbaycan Gəncləri Günü münasibətilə veloyürüş təşkil olunacaq

31.01.2015 [11:39]

“İrəli” İctimai Birliyinin, “Bakı-2015” ilk Avropa Oyunlarının, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) və Dövlət Bayrağı Meydanının təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gənclər Günü münasibətilə “Gənclik veloyürüşü” keçiriləcək.
“İrəli” İctimai Birliyindən AzərTAc-a bildiriblər ki, veloyürüşün məqsədi sağlam həyat tərzi ilə bağlı gənclər arasında təbliğat aparılması, gənclərin asudə vaxtının səmərəli təşkili və onlara Azərbaycan Gəncləri Gününün əhəmiyyətinin aşılanmasıdır.
Velosiped idmanının “Bakı-2015” ilk Avropa Oyunlarının proqramına daxil olduğu nəzərə alınaraq idmanın bu növünün gənclər arasında təbliği böyük əhəmiyyət kəsb edir. Dövlət Bayraq Meydanından start götürəcək “Gənclik veloyürüşü” Azadlıq Meydanında başa çatacaq.
Veloyürüşə qatılmaq istəyən şəxslər aşağıdakı linkə daxil olub qeydiyyatdan keçə bilərlər: https://www.facebook.com/events/1611619645736691/

Paylaş:
Baxılıb: 991 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31