“Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının iclası keçirilib
11.03.2015 [09:24]
5 KİV-in adının Mətbuat Şurasının “qara siyahı”sına salınması üçün təqdimat hazırlanıb
Azərbaycan Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının iclası keçirilib. Komissiyanın sədri, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə müzakirə üçün tövsiyə edilən məsələlərin sayının 18 olduğunu bildirib. Bunlardan 7-si Şuranın Şikayətlər üzrə Komissiyasının, qalanları isə Katibliyinin xəttilə təqdim olunub. Gündəlik təsdiqləndikdən sonra müzakirələrə başlanılıb.
Əvvəlcə MŞ-nin Şikayətlər üzrə Komissiyasının son üç iclasının 7 kütləvi informasiya vasitəsi ilə bağlı çıxardığı rəylər nəzərdən keçirilib. Komissiya üzvləri belə qənaətə gəliblər ki, MŞ-nin həmin KİV-lərlə əlaqədar araşdırmaları nəticəsində əldə edilmiş müvafiq materiallar üç qəzetin və iki xəbər portalının adının Şuranın “qara siyahı”sına daxil edilməsinə əsaslar verir. Bunlar “Yüksələn Azərbaycan”, “Azərbaycan naminə”, “Haqqın sədası press” qəzetləri, “Jam.az” və “İskra.az” saytlarıdır. “Yüksələn Azərbaycan”ın ilk gündən fəaliyyətini mətbu reketçiliyə üstünlük verən, adları “qara siyahı”da olan KİV-lərlə korporativ həmrəylik şəraitində qurduğu, digər ikisinin isə peşə səlahiyyətindən sui-istifadə etmələri bunun üçün əsas sayılıb.
Saytlara gəldikdə, vurğulanıb ki, İstər “Jam.az”, istərsə də “iskra.az” əsasən balans gözlənilməyən materialların yayılmasına üstünlük verir. Belə informasiyalarda müxtəlif yaşlı, peşəli, vəzifəli insanların şərəf və ləyaqəti təhqir olunduqdan, işgüzar nüfuzu ləkələndikdən sonra KİV qarşı tərəfin mövqeyinin dərcinə hazır olduğunu vurğulayır. Bu isə “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın əksər prinsip və bəndlərinin tələblərinə ziddir.
Komissiya “Maqnat.tv” saytının Ağcabədi rayon Təhsil Şöbəsindən üzr istədiyini, şikayət doğuran yazını saytdan çıxardığını nəzərə alaraq həmin KİV-ə Şuranın xəbərdarlığının edilməsini məqsədəmüvafiq sayıb. “Azerinfo.az” saytı barədə də eyni ölçünün götürülməsi məntiqi hesab edilib. İclasda digər məsələlərlə əlaqədar araşdırmaların davam etdirilməsi razılığına gəlinib. Bu məsələlər barədə də “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası tərəfindən təkliflər hazırlanaraq Şuranın İdarə Heyətinə təqdim olunacaq.
Xəbər lenti
Hamısına baxMüsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26

