Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Türkiyənin sabiq xarici işlər naziri tələbələrlə görüşüb

Türkiyənin sabiq xarici işlər naziri tələbələrlə görüşüb

01.05.2015 [10:16]

Aprelin 30-da Təhsil Nazirliyinin təşkilatçılığı ilə Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “SABAH” qruplarının tələbələri ilə görüşüb.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, tanınmış diplomat Ümummilli lider Heydər Əliyevin fəaliyyəti ilə bağlı təəssüratlarını bölüşüb, Ulu öndərin Azərbaycan və Türkiyə arasında bütün sahələrdə əlaqələrin gücləndirilməsindəki xidmətlərindən danışıb. Respublikamızın bugünkü inkişafını yüksək dəyərləndirən qonaq Azərbaycanın regionda ən güclü iqtisadiyyata sahib ölkə olduğunu vurğulayıb.
Sabiq nazir region ölkələrində baş verən proseslərə də toxunub, tələbələrin suallarını cavablandırıb.
Qeyd edək ki, 1991-1994-cü illərdə Türkiyənin xarici işlər naziri, 1997-1999-cu illərdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri vəzifələrində çalışmış Hikmət Çətin tanınmış diplomatlardandır.

Paylaş:
Baxılıb: 807 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30