DİJA-nın bir qrup üzvü SƏS Media Qrupda olub
23.06.2015 [09:32]
Dünən Dünya İdman Jurnalistləri Assosiasiyasının (DİJA) bir qrup üzvü SƏS Media Qrupun qonağı olub. SİA-nın məlumatına görə, SƏS Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev qonaqları salamlayıb, onları ölkəmizdə, xüsusilə də SƏS Media Qrupun ofisində görməkdən məmnun olduğunu bildirib. Daha sonra söhbət masa ətrafında davam etdirilib.
Bəhruz Quliyev xarici jurnalistlərə qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirilib ki, SƏS Media Qrupun tərkibinə daxil olan “Səs” qəzeti 24 il bundan öncə - 1991-ci ildə yaradılıb: “Bundan sonra Media Qrupun tərkibində “Səs” İnformasiya Agentliyi (2008), “SəsTV” internet televiziyası (2011) və bir neçə xəbər portalı təsis edilib. “Səs” qəzeti gündəlik nəşr olunur, agentlik üç dildə - Azərbaycan, ingilis, rus dillərində xəbər yayımı ilə məşğul olur. “Səs TV” internet televiziyası 24 saat onlayn yayım həyata keçirir. Media qrupun Azərbaycanın bölgələri ilə yanaşı, bir neçə xarici ölkələrdə büroları fəaliyyət göstərir”.
Jurnalistlərə Azərbaycanda keçirilən ilk Avropa Oyunları haqqında da məlumat verən Bəhruz Quliyev bildirib ki, ölkəmizdə peşə fəaliyyətlərini yüksək səviyyədə həyata keçirmələri üçün həm yerli, həm də xarici media nümayəndələrinə bütün şərait yaradılıb: “Bakı-2015” birinci Avropa Oyunları Azərbaycan üçün mühüm hadisədir. Nəzərə almaq lazımdır ki, bu Oyunlar Avropa məkanında ilk dəfə keçirilir. Tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarının standartları Azərbaycanda müəyyənləşir. Media orqanı olaraq bizim məqsədimiz yarış ərəfəsində həm ölkə, həm də dünya ictimaiyyətini Oyunlar haqqında maarifləndirmək, onlara ölkəmiz haqqında doğru məlumatlar çatdırmaqdır. Hər bir media orqanının və vətəndaşın borcudur ki, əlində olan resurslardan istifadə edərək insanları düzgün istiqamətə yönəltsin, Azərbaycan həqiqətlərini, mədəniyyətini, iqtisadiyyatını dünyaya düzgün çatdırsın”.
B.Quliyev bu ilin iyul ayının 22-də qeyd ediləcək Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyi haqqında da danışaraq deyib ki, dövlətimiz tərəfindən mediaya, medianın inkişafına xüsusi diqqət və qayğı var. Azərbaycan mətbuatı dünyanın heç bir yerində olmayan qayğı ilə əhatə olunub. Bu günə kimi 300-ə yaxın jurnalistə müxtəlif adlar və mükafatlar verilib: “2009-cu ildən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılmasını da xüsusi qeyd etmək lazımdır. 2010-cu ildə jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev dünyada analoqu olmayan bir Sərəncam verdi. 2013-cü ildə, milli mətbuatın 138 illiyində 156 jurnalist bu Sərəncamdan yararlanaraq, mənzillə təmin olundu. Gələn il isə 256 mənzil jurnalistlərə təqdim olunacaq. Bu, onu göstərir ki, mətbuat vətəndaş cəmiyyətinin inkişafında başlıca rol oynayan institut kimi qayğı ilə əhatə olunub”.
Daha sonra avstriyalı Martin Schauhuber, bolqariyalı Alexander Sotirov, xorvatiyalı Karlo Tasler, estoniyalı Merili Luuk, yunanıstanlı Sofia Tsikou Simaioforidou, macarıstanlı Petra Mihalyi, irlandiyalı Ryan Byrne, maltalı Stewart Said, isveçrəli Ugo Curty çıxış edərək, Bakı şəhərinin gözəlliyinə, insanların qonaqpərvərliyinə, üzlərindəki təbəssümə heyran olduqlarını dilə gətirdilər: “Bakı möhtəşəm şəhərdir. Buradakı insanlar gülərüz və mehribandırlar. Sakinlər hər sahədə qonaqlara kömək etməyə çalışırlar. Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi çox yaxşı haldır. İlk Avropa Oyunları Azərbaycanda yüksək səviyyədə təşkil olunub”.
Sonda xarici jurnalistlərlə səmimi söhbət çay süfrəsi arxasında davam etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18

