“Dövlət və Din” toplusunun yeni nömrəsi nəşr edilib
16.07.2015 [09:50]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşri olan “Dövlət və Din” ictimai fikir toplusunun altıncı nömrəsi işıq üzü görüb.
Toplu Prezident İlham Əliyevin müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini qəbul etməsi, birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olan xarici tərəfdaşlarla görüşlər keçirməsi barədə xəbərlərlə başlayır.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, jurnalda yer alan “Mədəni diplomatiya anlayışı və onun Azərbaycan modeli” adlı məqalədə müasir dövrdə siyasətdə mədəniyyət amilinin aktuallaşmağa başlamasından, əksər dövlətlərin öz mənafelərini müdafiə etmək və xarici siyasətlərini uğurla həyata keçirmək üçün beynəlxalq mədəni əlaqələrin qurulmasına böyük önəm verməsindən bəhs olunur. Bildirilir ki, müasir beynəlxalq münasibətlərin yeni təzahür formalarından biri dövlətlərlə yanaşı, ayrı-ayrı regionların, ölkələrin daxili subyektlərinin beynəlxalq aləmə çıxması və əməkdaşlıqda iştirakı hesab oluna bilər.
Topluda diqqət çəkən “Türkiyə Cümhuriyyətində dövlət-din münasibətləri: dünyəvilik və demokratiya” adlı məqalədə Türkiyədə dünyəviliyin, dövlət-din münasibətlərinin tarixindən söz açılır, demokratiyanın inkişafı prosesində qardaş ölkənin yaşadığı problemlərdən danışılır. Müəllif sonda belə nəticəyə gəlir ki, Türkiyədə demokratik sınaq nikbinliklə həyata keçirilir, çünki Türkiyə tarixi bir sıra demokratikləşmə təşəbbüslərindən meydana gəlib və bu təşəbbüslərin hər biri əvvəlkindən daha qüvvətli, daha davamlı olub və olmaqdadır.
Nəşrdə yer alan maraqlı yazılardan biri də “Mifoloji təsəvvürdə Zərdüştilik obrazları”dır. Məqalədə Azərbaycan şifahi xalq ədəbiyyatında Zərdüştilik motivləri tədqiq edilir. Müəllifin fikrincə, İslamdan sonra Zərdüştilik obrazları şifahi ədəbiyyatdan sıxışdırılsa da, nağıl və dastanlarda onun izləri indiyədək qalmaqdadır.
“Tanaxda əhd məfhumunu ifadə edən terminlər” sərlövhəli məqalədə isə Yəhudiliyin müqəddəs kitabı Tanaxda Tanrının bəşəriyyətlə bir neçə dəfə əhd bağladığı bildirilir. Əhd məfhumunun bu kitabda ən çox ifadə edildiyi “berit” termininin üzərində dayanılır və onun özəlliyi açıqlanır.
Nəşrin bu sayında yer alan “Quran və sünnə baxımından kütləvi qırğın silahlarından istifadə” məqaləsində müqəddəs kitabımızda və hədislərdə insana qoyulan hörmət və dəyərdən, günahsız bir insanı qətlə yetirməyin bütün insanları öldürməyə bərabər hesab olunmasından, cana qıymağın qadağan edilməsindən və müharibə zamanı həddi aşmamaq barədə göstərişlərdən danışılır.
Həmçinin “Sokratöncəsi yunan fəlsəfəsi: Milet məktəbindən Eleya məktəbinə qədər”, “İbn Heysəm - Optika problemlərinin müsəlman tədqiqatçısı”, “Əziz Dövlətabadinin sufi görüşləri”, “Quran ecazının işığında”, “Seyid Mir Həmzə Nigari və dini maarifçilik”, “Qərb tədqiqatçılarının Spinoza fəlsəfəsində yaradılış probleminə münasibəti”, “Hüseyn Nadim Naxçıvaninin yaradıcılığında İmam Hüseyn obrazının tarixi-poetik səciyyəsi” adlı məqalələrin də yer aldığı toplunun sonunda bu sayda işlədilmiş terminlərin izahı verilib.
Xəbər lenti
Hamısına baxAnalitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25

