/ / Naxçıvan Muxtar Respublikası Ali Məclisində orden, medal və fəxri adların təqdimat mərasimi keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisində orden, medal və fəxri adların təqdimat mərasimi keçirilib
04.09.2015 [10:16]
Sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Şöhrət” və üçüncü dərəcəli “Vətənə xidmətə görə” ordenlərinin, “Tərəqqi”, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “İgidliyə görə” və “Dövlət qulluğunda fərqlənməyə görə” medallarının, eləcə də Azərbaycan Respublikasının fəxri adlarının təqdimat mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: “Bu gün 38 nəfərə Azərbaycan Respublikasının orden, medal və fəxri adları təqdim olunur. Təqdimat mərasimi əlamətdar tarixdə - sentyabrın 3-də keçirilir. 1991-ci il sentyabrın 3-də Ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilmişdir”.
Ali Məclisin Sədri təltif olunanları Ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsinin ildönümü və dövlətimizin ali mükafatlarına layiq görülmələri münasibətilə təbrik edərək deyib: “3 sentyabr Azərbaycan tarixində əlamətdar gündür. 1991-ci il sentyabrın 3-də Ulu öndərimizin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın siyasi həyatında əlamətdar hadisə oldu. Həmin dövrdə Ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi təkcə Naxçıvanın deyil, ümumilikdə Azərbaycanın taleyüklü məsələləri ilə bağlı Ali Məclisin sessiyalarında müzakirələr aparmış, mühüm qərarlar qəbul etmiş, ölkədə həyata keçirilən yanlış siyasətə qarşı etirazını bildirmişdir. Əgər 1991-ci il sentyabrın 3-də Ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsəydi, bu gün müstəqil Azərbaycan da olmayacaqdı. Bu tarix Azərbaycana dövlətçilik, inkişaf, birlik, sabitlik və əmin-amanlıq gətirdi”.
Ali Məclisin Sədri deyib: “Ölkəmizdə Ulu öndərin müəyyənləşdirdiyi yolun inkişaf etdirilməsində yaxından iştirak edən, sədaqət göstərən insanların əməyi layiqincə qiymətləndirilir. Bu gün orden, medal və fəxri adlarla təltif olunanlar da ölkəmizin inkişafında fəaliyyətləri ilə fərqlənən şəxslərdir”.
Ali Məclisin Sədri təltif olunanların bundan sonra da ölkəmizin inkişafına və dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə töhfə verəcəklərinə əminliyini bildirib, orden və medalların, Azərbaycan Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim edib.
Təltif olunanlardan Güllər Məmmədova, Əsgər Əsgərov, Ərəstun Sadiqov, Hafizə Rzayeva, Namiq Əhmədov, Fəxrəddin İbrahimov, Səfər Quliyev, Bəxtiyar Mahmudov, Etibar Musayev, Cavid Səfərov, Musa Abdullayev, Elşad Həsənov, Asəf Quliyev, Fərrux Bayramov və Lalə Həsənova minnətdarlıq edərək deyiblər ki, əlamətdar tarixi gündə dövlət mükafatlarına layiq görülmək böyük etimad olmaqla yanaşı, həm də ikiqat şərəfdir. Bu gün Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası inkişaf edir, tərəqqiyə qovuşur. Bütün bunların təməlində isə Ulu öndər Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi dayanır. Muxtar respublikada geniş quruculuq işləri aparılır, bütün yaşayış məntəqələri müasirləşdirilir, insanlar rahat yaşayırlar. Bu inkişaf hər bir sakini doğma torpağa daha sıx tellərlə bağlayır. Müxtəlif sahələrdə çalışan insanlar muxtar respublikanın bugünkü inkişafında pay sahibi olmaqdan qürur duyurlar.
Təltif olunanlar bundan sonra da Ümummilli liderimizin siyasi xəttinə sadiq qalacaqlarını və onlara göstərilən etimadı doğruldacaqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22

