Xaçmazda milli azlıqların və etnik qrupların mədəniyyət nümunələri nümayiş etdirilib
22.09.2015 [10:22]
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) “Bizim gücümüz birliyimizdədir” adlı genişmiqyaslı maarifləndirmə layihəsi çərçivəsində növbəti tədbir sentyabrın 21-i Xaçmaz şəhərində təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə (DQİDK) birgə keçirilən Beynəlxalq Sülh Gününə həsr olunmuş konfransda Xaçmaz, Quba, Qusar, İsmayıllı, Qəbələ, Balakən, Zaqatala rayonlarından gələn milli azlıqların, etnik qrupların üzvləri, eləcə də digər millətləri təmsil edən ailələr iştirak ediblər.
Tədbirə qatılan AQUPDK və DQİDK-nın rəhbər nümayəndələri, Ombudsman Aparatının, Xaçmaz rayon ictimaiyyətinin, dini icmaların üzvləri və ekspertlər əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, qarşısına gül dəstələri düzüblər.
Sonra tədbir Xaçmaz Tarix Diyarşünaslıq Muzeyinin konfrans zalında davam etdirilib.
AQUPDK-nın sədri Hicran Hüseynova bildirib ki, BMT-nin 1981-ci il 30 noyabr tarixli qərarı ilə sentyabrın 21-i dünyada Beynəlxalq Sülh Günü kimi qeyd olunur. Bu tarix xalqlar arasında, həmçinin ailələrdə, məktəblərdə zorakılığa qarşı mübarizənin aparılmasına və birgəyaşayışın təmin edilməsinə nail olmaq üçün bir çağırış günüdür. Bildirilib ki, müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin, etnik qrupların nümayəndələri ölkəmizdə əsrlərdir sülh və əmin-amanlıq şəraitində bir ailə kimi yaşayır, bərabər hüquq və azadlıqlara malikdirlər.
Azərbaycanın ailə dəyərləri haqqında geniş məlumat verən komitə sədri Hicran Hüseynova ölkəmizdə ailə, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində daim iş aparıldığını və bu sosial qrupa aid olanların hərtərəfli dövlət qayğısı ilə əhatə edildiyini diqqətə çatdırıb. O, Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq bu kimi maarifləndirmə tədbirlərinin həyata keçirildiyini və belə layihələrin sağlam ailə mühitinin formalaşmasında böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrasının təmin edilməsi, cəmiyyət üzvləri arasında Azərbaycan ailəsinə xas dəyərlərin, cəmiyyətdə və ailədə tolerantlıq mədəniyyətinin təbliği məqsədilə AQUPDK tərəfindən 2015-ci ilin iyul ayından etibarən “Bizim gücümüz birliyimizdədir” adlı genişmiqyaslı maarifləndirmə layihəsi həyata keçirilir.
DQİDK-nın sədri Mübariz Qurbanlı çıxış edərək, müstəqilliyimizin bərpasından sonra xalqımızın milli mənəvi dəyərlərinə qayıdışı prosesinin sürətləndiyini bildirib. Dövlət Komitəsinin sədri bu sahədə Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edərək, hazırda Prezident İlham Əliyev tərəfindən milli mənəvi dəyərlərimizin inkişafı istiqamətində həyata keçirilən işlərdən danışıb. Vurğulanıb ki, ölkəmizdə dinlərarası münasibətlər yüksək səviyyədədir və hər kəsin dini etiqad azadlığı var.
Dünyada mövcud olan 80-ə yaxın münaqişə ocağının çox hissəsinin müsəlman ölkələrində cərəyan etdiyini diqqətə çatdıran DQİDK-nın sədri Mübariz Qurbanlı planetimizdə sülhün bərqərar olunması üçün insanların maariflənməsinə böyük ehtiyac duyulduğunu xüsusi vurğulayıb. Azərbaycanda isə istər dini, istərsə də milli müstəvidə həll edilə bilməyəcək heç bir problem yoxdur. Ölkəmizdə yaşayan bütün millətlərin mədəniyyətlərinin çiçəklənməsi, dini konfessiyaların hər bir nümayəndəsinin öz əqidəsinə uyğun yaşaması üçün bütün işlər görülür və bu işlər davam etdiriləcək.
Daha sonra BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk, Milli Məclisin deputatı Yevda Abramov, Azərbaycanda Dağ Yəhudiləri Dini İcmasının üzvü Boris Simanduyev, keşiş Konstantin Pominov, Xaçmaz Təzəşəhər məscidinin axundu Yaşar Rzayev və başqaları mövzu ətrafında məruzələrlə çıxış ediblər.
Konfransdan sonra tədbir iştirakçı ailələr tərəfindən milli azlıqların və etnik qrupların mədəniyyət nümunələrinin nümayişi ilə davam etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34

