Milanda Azərbaycan-İtaliya Universitetlərarası Forumu keçirilib
01.10.2015 [10:40]
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə Təhsil Nazirliyinin və ölkəmizin 11 ali dövlət təhsil müəssisəsinin məsul şəxslərindən ibarət nümayəndə heyəti İtaliyada səfərdədir. Səfərin məqsədi Azərbaycan-İtaliya Universitetlərarası Forumunda təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etməkdir.
M.Cabbarov Forumdan əvvəl “Milan Expo 2015” Ümumdünya sərgisindəki Azərbaycan pavilyonunda İtaliyada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Söhbət zamanı bu ölkədə tələbələrimizin təhsili və yaşayışı ilə bağlı aktual məsələlər müzakirə olunub. Təhsil naziri tələbələrimizin oxuduqları xarici ali məktəblərdə Azərbaycanı layiqincə təmsil etmələrinin, ölkəmizlə bağlı həqiqətlərin italiyalılara çatdırılmasında fəal olmalarının vacibliyini vurğulayıb.
Daha sonra Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan-İtaliya Universitetlərarası Forumu işə başlayıb.
Tədbirdə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov, hər iki ölkənin təhsil nazirliklərinin və ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. Forumun məqsədi Azərbaycan və İtaliya ali təhsil müəssisələri arasında mövcud əlaqələri genişləndirmək, yeni əlaqələr qurmaq, aktual mövzuları müzakirə etmək, təcrübə mübadiləsi və birgə proqramlar həyata keçirmək imkanlarını dəyərləndirmək olub.
Tədbiri açan təhsil naziri M.Cabbarov Forumun təşkilində göstərdiyi dəstəyə görə İtaliyanın Təhsil, Universitetlər və Tədqiqatlar Nazirliyinə minnətdarlığını bildirib. Azərbaycanın hələ qədim dövrlərdən bilik və yaradıcılıq mərkəzlərindən olduğunu diqqətə çatdıran nazir ölkəmizin dünyanın təhsil, ədəbiyyat, incəsənət aləminə verdiyi mühüm töhfələrdən danışıb.
M.Cabbarov Azərbaycanda davamlı sosial-iqtisadi inkişafın, əhalinin həyat səviyyəsinin yüksəldilməsinin prioritet olduğunu bildirib. Vurğulayıb ki, bu istiqamətlər Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında öz əksini tapıb. Azərbaycanın müstəqilliyinin bərpasından sonra əsas inkişaf mərhələlərindən danışan nazir dövlət quruculuğu, ictimai-siyasi sabitlik, yoxsulluğun azaldılması və digər istiqamətlərdə yüksək nəticələrin əldə olunduğunu qeyd edib.
Nazir ölkəmizdə insan kapitalının zənginləşdirilməsi istiqamətində təhsil sisteminin önəmindən danışıb. Vurğulayıb ki, bu sahənin inkişafında önəmli addımlardan biri 2013-cü ilin oktyabrında qəbul olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”dır. Təhsilin bütün pillələrində genişmiqyaslı, eyni zamanda, düşünülmüş islahatlar həyata keçirilir. Ali təhsil sahəsində önəmli istiqamətlərdən biri Azərbaycanda ali təhsil müəssisələrinin Bolonya prosesi çərçivəsində fəaliyyət göstərməsi, universitetlərdə yeni maliyyələşmə və idarəetmə sisteminin qurulmasıdır. Bu inkişaf istiqamətləri təhsil sahəsində beynəlxalq əlaqələrimizin genişlənməsini zəruri edir.
M.Cabbarov bildirib ki, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair dövlət proqramları çərçivəsində 3 min 500-dən artıq tələbə dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə edib. Bununla yanaşı, Azərbaycanın ali təhsil müəssisələrinə müxtəlif ölkələrin universitetlərindən, akademiyalarından tanınmış professorların, tədqiqatçıların dəvət olunması da nəzərdə tutulub. Bu, ölkəmizin təhsil sisteminin inkişafını təmin edəcək və rəqabətqabiliyyətliliyini artıracaq. Azərbaycan və İtaliyanın ali təhsil müəssisələri arasında müxtəlif istiqamətlərdə geniş əməkdaşlıq əlaqələri qurulub. İtaliyanın bir sıra universitetlərində azərbaycanşünaslıq kafedraları, ölkəmizlə bağlı tədqiqat mərkəzləri fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycanda bir sıra Avropa ali təhsil institutları ilə birgə proqramlar icra olunur.
İtaliyanın Təhsil, Universitetlər və Tədqiqatlar Nazirliyinin ali təhsilin beynəlmilləşdirilməsi departamentinin müdiri Federiko Cinquepalmi çıxış edərək ölkələrimiz arasında universitetlərarası əməkdaşlığın genişləndirilməsindən danışıb. Bildirib ki, İtaliya müvafiq istiqamətdə Azərbaycan ilə əlaqələrin genişlənməsinə böyük əhəmiyyət verir. Bu baxımdan, universitetlərimiz arasındakı mövcud münasibətlərə xüsusi diqqət yetirilməlidir. Təhsil nazirliklərimiz birgə layihələr və tədbirlər həyata keçirməklə bir sıra uğurlar əldə edə bilərlər. Bundan sonra da oxşar və qədim mədəniyyətlərə malik ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində əməkdaşlığımızın genişləndirilməsi üçün bir sıra tədbirlərin reallaşdırılması vacibdir.
Daha sonra “Tələbə mobilliyi və ikitərəfli əməkdaşlıq” mövzusunda birinci panel iclas işə başlayıb. İclasda çıxış edən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva, Romada fəaliyyət göstərən “Link Campus” Universitetinin prezidenti Vinçenzo Skotti, La Sapienza Universitetinin vitse-rektoru Antonello Biacini tələbə mübadiləsi, ölkələrimizin ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi və yeni birgə layihələrin icrası kimi məsələlərə toxunublar.
“Universitetlər arasında əməkdaşlığın gücləndirilməsində ikili diplom proqramlarının rolu” mövzusundakı ikinci panel iclasda isə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Roma Tre Universitetinin rektoru Mario Panizza, Brescia Universitetinin prorektoru Maurizio Memo bu cür tədbirlərin hər iki ölkənin təhsil sistemi ilə qarşılıqlı tanış olmaq və təcrübə mübadiləsi aparmaq baxımından önəmini vurğulayıblar.
Tədbir müzakirələrlə davam etdirilib.
Daha sonra “Milan Expo 2015” Ümumdünya sərgisindəki Azərbaycan pavilyonuna baxış olub. Bildirilib ki, “Biomüxtəlifliyin xəzinəsi” adlanan pavilyon vasitəsilə sərginin ziyarətçiləri Azərbaycanın qədim tarixi, zəngin mədəni irsi, iqtisadi-mədəni potensialı ilə tanış olmaq imkanı əldə edirlər.
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

