Ölkə ərazisində payız-qış mövsümünə hazırlıqla əlaqədar hansı işlər görülür?
09.10.2015 [10:05]
“Azəryolservis” ASC: Qarlı-şaxtalı hava şəraitində yollarda yarana biləcək problemlərin aradan qaldırılması məqsədilə bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib və demək olar ki, qurumun nəzarətində olan yollar qışa tam hazırdır
Sirr deyil ki, bəzən payızda havaların mövsüm normalarından artıq yağmurlu, yaxud da, qışda soyuq və şaxtalı hava şəraitinin uzun müddət davam etməsi, güclü qar bir sıra hallarda şəhər təsərrüfatlarında müəyyən çətinliklər yaradır. Buna görə də problemlərin yaranmaması üçün soyuq havalar qapını döyməmişdən əvvəl hazırlıq görülür. Biz də ölkəmizdə, o cümlədən paytaxt Bakıda payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər haqqında məlumat almaq üçün əlaqədar qurumlara müraciət etdik. İlk olaraq, Nəqliyyat Nazirliyinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin yağışlı payız, qarlı qış günlərinə necə hazırlaşdığını öyrənməyə çalışdıq. Qışın gəlməsilə bağlı yollarda hansı tədbirlər görülür? Ümumiyyətlə yollarımız qışa hazırdırmı?
Suallarımızı cavablandırmaq üçün “Azəryolservis” ASC-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən qəzetimizə verilən açıqlamaya əsasən, qarlı-şaxtalı hava şəraitində yollarda yarana biləcək problemlərin aradan qaldırılması məqsədilə artıq “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib və demək olar ki, qurumun nəzarətində olan yollar qışa tam hazırdır. Payız-qış mövsümünə hazırlıqla bağlı işlərin mütəmadi nəzarətdə saxlanıldığını deyən qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bu istiqamətdə ciddi addımlar atıldığını bildirib: “Azəryolservis” sürüşmə zonasına düşən yollarda yol yatağının bərkidilməsi işlərini həyata keçirir. Bu ərazilərdə yolun hərəkət olan hissəsinin təhlükəsizliyi üçün beton hasarlar tikilir. Bu yollarda növbəli rejimlə iş davam edir, hər hansı hadisə baş verərkən tez bir zamanda aradan qaldırılır. Eyni zamanda, payız-qış mövsümü ilə əlaqədar tədbirlər planı hazırlanıb, həmin yollarda qərargah yaradılacaq”.
Qeyd edək ki, payız-qış mövsümü ilə əlaqədar “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mərkəzi aparatında yaradılmış qərargah payız-qış mövsümündə avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin edəcək. Qurumdan, həmçinin onu da bildiriblər ki, artıq yol istismar idarələri xidmət etdiyi avtomobil yolları üzrə tədbirlər planı hazırlayaraq icrasına başlayıblar. Buraya avtomobil yollarının və yol avadanlıqlarının texniki vəziyyətinə baxış, yol texnikasının, maşın-mexanizmlərin, nəqliyyat vasitələrinin hazır vəziyyətə gətirilməsi, körpülər yerləşən ərazidə çayların yataqlarının, yollarda suötürücü boruların və yol kənarlarındakı suaxıdıcı xəndəklərin təmizlənməsi, qum, texniki duz, yanacaq-sürtkü materialları ehtiyatının yaradılması və s. daxildir. İlkin mərhələdə 24885 kubmetr qum, 1160 ton texniki duz ehtiyatı yaradılıb. Əlavə 500 ton texniki duzun alınması üçün müqavilə bağlanılıb. Həmçinin 1047 maşın-mexanizm və nəqliyyat vasitəsi hazır vəziyyətə gətirilib. Hava şəraiti ilə bağlı zərurət yaranarsa, texniki duz, qum ehtiyatı, maşın-mexanizmlər və nəqliyyat vasitələrinin sayı artırılacaq.
Yeri gəlmişkən, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən yol təsərrüfatında daha bir yeniliyə imza atılıb. Qurumun mətbuat xidmətindən qəzetimizə verilən açıqlamaya görə, yol təsərrüfatında, asfalt-beton örtüyünün ömrünün uzadılması məqsədilə yolun hərəkət hissəsinə xüsusi maddənin çəkilməsinə başlanılıb. Sözügedən işlərə Bakı-Ələt-Qazax sərhədi avtomobil yolunun 14-cü kilometrliyindən Qobustan qəsəbəsi istiqamətinə doğru start verilib. İlkin mərhələdə 800 min kvadratmetr sahənin, təqribi olaraq yolun Qobustan qəsəbəsinə qədər olan 60-65 kilometrlik hissəsinin asfalt-beton örtüyünün üzərinə 3-4 millimetr qalınlığında “E-Krete polimer kompozit” adlı maddənin çəkilməsi planlaşdırılır. Bu səbəbdən də Bakı-Ələt-Qazax sərhədi avtomobil yolunun 14-cü kilometrliyindən Qobustan qəsəbəsinə qədər olan ərazidə işlər bitənə qədər hissə-hissə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Vüsalə
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

