Dövlət müşaviri Dövlət İdarəçilik Akademiyasında mühazirə oxuyub
17.10.2015 [13:41]
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin Azərbaycan multikulturalizminin öyrənilməsi və təbliği məqsədilə təşkil etdiyi silsilə tədbirlərdən növbətisi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət İdarəçilik Akademiyasının müəllim və tələbə kollektivi, ölkəmizdə yaşayan azsaylı xalqların mədəniyyət mərkəzlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.
Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevi, qonaqları və digər tədbir iştirakçılarını salamlayıb.
Sonra akademik Kamal Abdullayev tədbir iştirakçıları qarşısında “Ulu öndər Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda məruzə ilə çıxış edib.
Dövlət müşaviri Azərbaycanda qədim ənənələrə malik olan multikulturalizm və tolerantlıq mədəniyyətinin Ümummilli lider Heydər Əliyev tərəfindən dövlət siyasətinin tərkib hissəsinə çevrilməsindən və bu yolun Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsindən, ölkədə mövcud milli, dini icmalara bərabər münasibətdən, multikulturalizmin Azərbaycan modelinin dünyaya nümunə kimi təqdim edilməsi üçün atılan mütərəqqi addımlardan, bu sahədə xüsusən Heydər Əliyev Fondunun gərgin fəaliyyətindən bəhs edib. Kamal Abdullayev ölkəmizdə yaşayan azsaylı xalqlar, müxtəlif dinləri təmsil edən insanlar arasında münasibətlərin ən yüksək səviyyədə tənzimlənməsi və bu işə nəzarətin həyata keçirilməsi məqsədilə Dövlət Müşavirliyi Xidmətinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasını dövlətin bu sahəyə diqqət və qayğısı kimi dəyərləndirib. O, həmçinin Xidmətin və Multikulturalizm Mərkəzinin həyata keçirdiyi layihələr, xüsusən “Azərbaycan multikulturalizmi” adlı fənnin xarici ölkə universitetlərində tədrisi ilə bağlı geniş məlumat verib.
Azərbaycanın digər sahələrdə olduğu kimi, multikultural təhlükəsizliyinin təmin olunması işində də etnik, dini müxtəlifliyindən asılı olmayaraq, hər bir vətəndaşımızın bərabər məsuliyyət daşıdığını diqqətə çatdıran Kamal Abdullayev dövlətçiliyimizə, milli birliyimizə xidmət edən bu yolda hər kəsə uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47

