/ / Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ölkəmizdə Olimpiya hərəkatının inkişafına böyük töhfə verib
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ölkəmizdə Olimpiya hərəkatının inkişafına böyük töhfə verib
22.10.2015 [10:25]
Oktyabrın 21-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yaranmasının 85 illik yubileyinə həsr edilmiş mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, ali təhsil müəssisələrinin rektorlarının, akademiyanın müəllim və tələbələrinin iştirak etdikləri tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Akademiyanın yaranma tarixindən danışan rektor Ağacan Abıyev bu ali təhsil ocağının inkişafında, ölkəmizdə bədən tərbiyəsinin kütləviliyinin artırılmasında Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib. Bildirib ki, Akademiya Qafqazda bədən tərbiyəsi sahəsində ali təhsilli kadrlar hazırlayan ilk tədris müəssisəsidir. Gənclərimizin fiziki və mənəvi inkişafında Akademiyanın xidmətləri böyükdür. Azərbaycan idmançıları hələ SSRİ dövründə dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında böyük nailiyyətlər qazanıblar. Mötəbər idman yarışlarında uğur qazanan idmançılarımızın mükafatlandırılmasını, onlara qayğı göstərilməsini Ümummilli lider Heydər Əliyev daim diqqət mərkəzində saxlayıb.
A.Abıyev diqqətə çatdırıb ki, müstəqillik dövründə Azərbaycan idmanı inkişafın yeni mərhələsinə qədəm qoyub. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğı sayəsində Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır. Rektor ölkəmizdə idmanın inkişafına göstərdiyi qayğıya görə idmançılar və Akademiyanın kollektivi adından dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə minnətdarlığını bildirərək deyib: “Bu diqqətin nəticəsidir ki, Akademiyaya qəbul olmaq üçün müraciət edən və idmana həvəsi olan gənclərin sayı ilbəil çoxalır. Eyni zamanda, birinci Avropa Oyunlarında qaliblərə medalları Prezident İlham Əliyevin şəxsən təqdim etməsi idmana marağın artmasında mühüm rol oynayıb”.
Akademiyanın 85 illiyi münasibətilə təbriklərini çatdıran gənclər və idman naziri Azad Rəhimov bu günün idman ictimaiyyəti üçün əlamətdar olduğunu deyib. Nazir vurğulayıb ki, bu tədris müəssisəsinin məzunları arasında adları dünya idmanının tarixinə düşən məşhur şəxslərin sayı çoxdur. Respublikamızda bədən tərbiyəsinin və idmanın inkişaf etdirilməsi istiqamətində kadrların hazırlanmasında bu ali təhsil müəssisəsinin mühüm xidmətləri var. Ulu öndərin Olimpiya və idman hərəkatının inkişaf etdirilməsi istiqamətində yürütdüyü siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün dünyada idman ölkəsi kimi tanınan Azərbaycanın atletləri nüfuzlu yarışlarda qələbələr əldə edir. İlk Avropa Oyunlarının yüksək səviyyədə təşkili gələcəkdə ölkəmizdə daha mötəbər idman tədbirlərinin keçirilməsi üçün yeni imkanlar açıb.
Nazir bildirib ki, yüksək ixtisaslı bədən tərbiyəsi və idman müəllimləri, məşqçi və mütəxəssislər hazırlamaq işində, həmçinin Azərbaycanda idmanın inkişafında Akademiyanın mühüm rolu var. Akademiyanın yetirmələri mötəbər idman tədbirlərində - Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında böyük nailiyyətlər qazanaraq ölkəmizi layiqincə təmsil edirlər. Azərbaycana gələn Beynəlxalq Olimpiya Komitəsinin keçmiş və hazırkı prezidentləri, digər mötəbər qonaqlar burada yaradılan şəraitdən razı qalıb, bu təhsil ocağının fəxri doktorları seçiliblər.
“Bu gün Azərbaycanın ən qocaman ali məktəblərindən biri öz yubileyini qeyd edir”, - deyən Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası fəaliyyətə başladığı vaxtdan ölkəmizin idman tarixində dərin iz qoyub.
Təhsil nazirinin birinci müavini Firudin Qurbanov Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı üçün Akademiyanın mühüm işlər gördüyünü bildirib. Hazırda respublikamızda fəaliyyət göstərən və ən müasir tələblərə cavab verən idman qurğuları, Olimpiya kompleksləri ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində istifadəyə verilib. Gənclərimizin sağlam ruhda böyüməsi və tərbiyə olunmasında bu təhsil ocağının xidmətləri danılmazdır.
Akademiyanın inkişaf yolundan danışan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova Azərbaycan idmançıları beynəlxalq arenalarda mühüm uğurlar qazanaraq ölkəmizin təbliğində mühüm rol oynayırlar. C.Səttarova həmin idmançıları yetişdirən peşəkar kadrların hazırlanmasında bu təhsil ocağının mühüm rolunu qeyd edib, Akademiya öz inkişafının yüksəliş dövrünü yaşadığını vurğulayıb. Akademiyanın bu uğurlara Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin qayğısı sayəsində nail olduğunu vurğulayan C.Səttarova yubiley münasibətilə A.Abıyevə kubok, Akademiyanın iki əməkdaşına isə fəxri fərman və medal təqdim edib.
Sonra təhsil ocağının bir qrup əməkdaşı mükafatlandırılıb.
Mərasim Akademiya tələbələrinin ifasında konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxAnalitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11

