BMT Günü ərəfəsində Heydər Əliyev Mərkəzində mətbuat konfransı keçirilib
23.10.2015 [10:44]
Birləşmiş Millətlər Təşkilatı Gününü qeyd etmək üçün “Dünyanı BMT mavi rənginə boya” adlı qlobal kampaniya çərçivəsində və BMT-nin 70 illik yubileyi münasibətilə oktyabrın 24-də Heydər Əliyev Mərkəzinin binası mavi rənglə işıqlandırılacaq.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar oktyabrın 22-də Heydər Əliyev Mərkəzində mətbuat konfransı keçirilib.
Heydər Əliyev Mərkəzinin Aparat rəhbəri Məhəmməd Abdullayev mətbuat konfransını açaraq qeyd edib ki, dünyada sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi, millətlər arasında dostluq əlaqələrinin inkişaf etdirilməsi, insan həyatının və hüquqlarının müdafiəsi, davamlı inkişafın təmin edilməsi və digər istiqamətlərdə fəaliyyətini cəmləşdirən BMT ilə Azərbaycan arasında əməkdaşlıq gündən-günə inkişaf edir. Hələ müstəqilliyimizin ilk illərində BMT ilə əlaqələrin yaradılması və inkişaf etdirilməsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətləri olub. Məhz Ulu öndər bu mötəbər qurumun tribunasından xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması və obyektiv ictimai rəyin formalaşdırılması, dünya dövlətləri ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq aləmdə layiqli yer tutması üçün fəal iş aparıb, bu təşkilatın daha səmərəli fəaliyyət göstərməsinə, beynəlxalq təhlükəsizliyin və sülhün qorunmasına öz töhfəsini verib.
Aparat rəhbəri Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun BMT-nin müxtəlif qurumları ilə elm, təhsil, səhiyyə, ərzaq təhlükəsizliyi və digər sahələrdə birgə uğurlu layihələr həyata keçirdiyini deyib. Vurğulanıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri seçilməsi və uğurlu fəaliyyəti həmin istiqamətlərdə yeni nailiyyətlərin əldə edilməsinə öz töhfəsini verəcək.
Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatı Günü ilə bağlı “Dünyanı BMT mavi rənginə boya” adlı qlobal kampaniya çərçivəsində və BMT-nin 70 illik yubileyi münasibətilə oktyabrın 24-də Heydər Əliyev Mərkəzinin binasının mavi rənglə işıqlandırılması ölkəmizin BMT prinsiplərinə sadiqliyini nümayiş etdirir.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və təşkilatın İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Bruk BMT Günü ilə bağlı dünyanın hər yerində keçirilən aksiyaya ölkəmizin də qoşulmasının əhəmiyyətini qeyd edib və bundan məmnunluğunu bildirib. BMT ilə Azərbaycan arasında sıx münasibətlərin olduğunu deyən Antonius Bruk tədbirdə BMT-nin müxtəlif qurumlarının nümayəndələrinin iştirak etdiyini vurğulayıb. Ölkəmizdə 23 ildən artıq uğurla fəaliyyət göstərdiklərini bildirən A.Bruk bu ilin sentyabrında Baş Assambleyada BMT-nin 2030-cu ilə qədər dövr üçün Dayanıqlı İnkişaf Gündəliyinin qəbul edildiyini və Azərbaycanın da bunu dəstəklədiyini diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

