“Azərsu” ASC Dünya Su Şurasının İdarə Heyətinə üzv seçilib
27.11.2015 [09:52]
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) Dünya Su Şurasının (DSŞ) İdarə Heyətinə üzv seçilib. Bu haqda “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini Adışirin Ələkbərov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2015-ci il noyabrın 12-14-də Fransanın Marsel şəhərində Dünya Su Şurasının 7-ci Baş Assambleyası keçirilib: “Baş Assambleyada dünyada su siyasətinin əsas istiqamətləri, mövcud vəziyyət və perspektivlər, növbəti 3 il üzrə fəaliyyət strategiyası, iş planı, maliyyə məsələləri, Dünya Su Şurasının Konstitusiyasına dəyişikliklər barədə müzakirələr aparılıb. Şuranın İdarə Heyətinə seçkilər keçirilib. Qeyd edim ki, Dünya Su Şurasının ali orqanı hər 3 ildən bir keçirilən Baş Assambleyadır. Assambleyalararası dövrdə Şuraya 35 nəfərdən ibarət İdarə Heyəti rəhbərlik edir”.
Seçkilərdə ABŞ, Fransa, Braziliya, Türkiyə, Yaponiya, Koreya, Macarıstan və digər ölkələri təmsil edən dövlət və hökumət təşkilatlarının nümayəndələrinin də iştirak etdiyini bildirən Adışirin Ələkbərov “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun böyük səs çoxluğu ilə Dünya Su Şurası İdarə Heyətinə üzv seçildiyini qeyd edib.
Onun sözlərinə görə, “Azərsu” ASC Dünya Su Şurasının İdarə Heyətinə üzv olmaqla bir sıra problemlərin həllinin təmin edilməsinə səy göstərəcək: “Tək ölkəmizdə deyil, dünyanın da su siyasətinin istiqamətləndirilməsində Azərbaycanın rolu olacaq. Sudan istifadənin su ehtiyatlarını üstələməsinə yol verilməməsi, istifadə edilmiş suyun dərin təmizləmə texnologiyaları ilə yararlı vəziyyətə gətirilməsi və təkrar istifadəsi, su ehtiyatlarının formalaşdığı çay hövzələrinin deqradasiyasının qarşısının alınması, su ehtiyatlarının daha dəqiq qiymətləndirilməsi, daha mükəmməl sugötürücü qurğuların tətbiqi, “yuxarı axın” ölkələri və “aşağı axın” ölkələrinin qarşılıqlı maraqlarının təmin edilməsi və digər aktual problemlərin həll edilməsi yönündə təkliflərimizi hazırlayacağıq”.
Adışirin Ələkbərov deyib ki, Assambleya çərçivəsində İdarə Heyətinə yeni seçilmiş üzvlər ilə görüşdə “Azərsu” ASC-nin fəaliyyəti barədə də məlumat verilib.
Xatırladaq ki, Dünya Su Şurası qlobal miqyasda su problemlərinin həlli məqsədi ilə 1996-cı ildə yaradılıb. Şura su ilə əlaqəli beynəlxalq təşkilatları, dövlət qurumları, elm mərkəzlərini, qeyri-hökumət təşkilatlarını birləşdirən çoxistiqamətli beynəlxalq platformadır. Dünya Su Şurası su ehtiyatlarının mühafizəsi, ədalətli və inteqrasiyalı idarə edilməsi, əhalinin fasiləsiz, dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunması, su ilə əlaqədar ərzaq təhlükəsizliyi, hidroenerji resursların dayanıqlılığının təmin edilməsi, çoxşaxəli sanitariya problemlərinin həll olunması istiqamətində fəaliyyət göstərir. Mənzil qərargahı Fransanın Marsel şəhərində yerləşən qurumda 51 ölkədən və 24 beynəlxalq təşkilatdan 350 üzv təmsil olunur. 2013-cü ildən DSŞ-yə üzv olan “Azərsu”ASC ilə yanaşı, Meliorasiya və Su Təsərrüfatı ASC, su sektoru ilə əlaqədar bir sıra digər Azərbaycan təşkilatları da Şurada təmsil olunur.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58

