Azərbaycançılıq məfkurəsi ilə bağlı “dəyirmi masa”
28.11.2015 [11:20]
Noyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Azərbaycançılıq məfkurəsi: dünəni, bu günü və sabahı” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbir Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, DİA və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov azərbaycançılıq ideologiyasının inkişaf mərhələlərindən, bu ideologiyanın formalaşmasında Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.
Azərbaycançılıq və multikulturalizm sahəsində əhəmiyyətli tədbirlərin reallaşdırıldığını qeyd edən rektor, bu sahədə tədqiqatların, müzakirələrin aparılmasının vacibliyini vurğulayıb.
Akademik U.Ələkbərov azərbaycançılıq ideologiyasının dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilməsi barədə fikirlərini qeyd edib.
DİA-nın tədris işləri üzrə prorektoru, professor Əlikram Abdullayev “Azərbaycançılıq milli birlik paradiqması kimi” mövzusunda məruzəsində cəmiyyətdə bu ideologiyanın mühüm rolundan və əhəmiyyətindən danışıb.
“Azərbaycançılıq məfkurəsi və multikulturalizm” mövzusunda məruzə edən DİA-nın fəlsəfə və sosial psixologiya kafedrasının müdiri, professor Etibar Nəcəfov milli şüurun, milli təfəkkürün inkişafı ilə bağlı fikirlərini bölüşüb. Azərbaycançılıq ideologiyasının formalaşmasında Ulu öndər Heydər Əliyevin əvəzsiz rolundan bəhs edən E.Nəcəfov bildirib ki, Ümummilli lider azərbaycançılığı bir milli ideologiya kimi qoruyub saxlayıb, onu yeni, müasir dövrə uyğun olaraq inkişaf etdirib. Əsası dahi rəhbər Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasəti müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Məruzəçi Azərbaycanın multikulturalizm sahəsində dünyanın öndə gedən ölkələrindən biri olduğunu vurğulayıb.
Tədbirdə “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dini və etnik müxtəlifliyin tənzimlənməsi siyasəti”, “ XIX əsrin II yarısında-XX əsrin əvvəllərində Azərbaycan ictimai fikir tarixində azərbaycançılıq ideyası”, “Dövlət din münasibətlərinin tənzimlənməsində azərbaycançılıq məfkurəsinin rolu”, “Azərbaycançılıq ideyasının fəlsəfi mahiyyəti” mövzularında məruzələr dinlənilib.
Sonra mövzu ilə bağlı geniş müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49

