AZƏRTAC-ın gəncləri Qala qoruğunda
02.02.2016 [09:49]
2 fevral - Gənclər Günü münasibətilə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) bir qrup gənc əməkdaşı agentliyin həmkarlar ittifaqı komitəsinin dəstəyi ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiya edib.
Kollektivə məlumat verilib ki, qoruq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə 1988-ci ildə Qala qəsəbəsinin tarixi hissəsində yaradılıb. Qoruğun ərazisi 81,5 hektardır. Bu ərazidə 266 memarlıq və arxeoloji abidə qorunur. Ən qədim aşkar edilən abidə e. ə. III minilliyə aid olan qədim insan yaşayış məskəni olub. Bildirilib ki, 5 min əvvəl burada yaşayış olub. Qala kəndi ərazisində olan memarlıq abidələri arasında 5 məscid, 3 hamam, yeraltı kəhrizlər, 4 ovdan, qəsrin qalıqları, məqbərə, sərdabalar və yaşayış evləri var. Memarlıq abidələri orta əsrlərə aid edilir.
Bildirilib ki, bu abidələrin qorunması və qoruğun daha da zənginləşdirilməsi üçün 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə burada açıq səma altında ilk Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi yaradılıb. Muzey kompleksi ərazisində ölkəmizə, xüsusən də Qalaya və Abşeron yarımadasına xas olan arxeoloji memarlıq abidələri toplanıb və bərpa olunub. Bu ərazidə e.ə. III-II minilliklərə aid kurqanlar, arxeoloji abidələr, həmin dövrə aid olan yaşayış məskənləri, orta əsrlərə aid yaşayış və başqa memarlıq nümunələri ilkin görünüşdə qurulub. Gənclər 1,5 hektar ərazini əhatə edən muzey kompleksində Abşeron yarımadasının abidələri, tarixi yerləri qeyd olunmuş xəritə, plan, sxem və yarımadaya məxsus abidlərin təsvir olunmuş stendlər, e.ə. III-II minilliyə aid qayaüstü rəsmlər, bütlər, kurqanlar, meqalitik abidələr, arxeoloji tapıntılarla zəngin Arxeoloji qalereya, orta əsrlərə aid yaşayış evlərinin konservasiya olunmuş qalıqları, qədim dulusçuluq, xalçaçılıq, dəmirçilik sənətinin nümunələri, interyeri və eksteryeri ilə öz dövrünü əks etdirən XIX əsrə aid ikimərtəbəli yaşayış evini gəzib, təsərrüfatın canlı nümunələri - qoyunçuluq, dəvəçilik, atçılıq və digər sahələrlə tanış olublar.
Xüsusi interaktiv turlar isə bu ekskursiyanı daha dinamik və maraqlı edir. İnteraktiv turda iştirak edən kollektivin üzvləri qədim yaşayış evində xalça toxuyub, nalbənd və dulusçuluq sənətinin sirləri ilə tanış olub, təndirxanada çörək bişiriblər.
Sonra gənclər qoruğun ərazisində fəaliyyət göstərən Qala Əntiq Əşyalar muzeyini ziyarət ediblər. Muzey Heydər Əliyev Fondu tərəfindən 2011-ci ildə yaradılıb. Şahid Həbibullayevin şəxsi kolleksiyası əsasında tərtib olunan muzeydə 800 eksponat nümayiş olunur. Muzeyin ən unikal eksponatları samovarlardır. Dünyada təkrarı olmayan bu kolleksiyada eneolit dövrünə aid bəzək əşyaları, məcməyilər, şərbət qabları, dolçalar, badyanlar, kuzələr, çıraqlar, qəndillər, o cümlədən bir sıra xarici ölkələrdə istehsal edilmiş, qədim zamanlardan xalqımızın məişətinə daxil olmuş əşyalar sərgilənir. Maddi mədəniyyət nümunələri içərisində Şəki, Şirvan xanlarına aid qədim gümüş pullar, həmçinin IV-VII əsrlərə aid olan 70 ədəd mis pul maraq doğurur.
Qala qəsrinə çıxan AZƏRTAC-ın əməkdaşları ətrafı seyr ediblər. Onlara məlumat verilib ki, kompleksə daxil olan X-XII əsrə aid Qala qəsri 2009-cu ildə Heydər Əliyev Fondu tərəfindən yenidən bərpa olunub. Qəsrdə aşkarlanan yeraltı yollar X-XIV əsrlərə aid edilir. Kənd ağsaqqallarının dediklərinə görə yollardan biri dəniz qırağına, digəri isə şəhərə gedib çıxır.
Son olaraq elektromobillə gəzərək qoruq ərazisində yerləşən məscid, hamam və etnoqrafik həyətlə tanış olan gənclər buradan xoş təəssüratla ayrılıblar.
Xəbər lenti
Hamısına baxAnalitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54

