/ / Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası sosial-iqtisadi inkişafın dayanıqlığını təmin edəcək
Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası sosial-iqtisadi inkişafın dayanıqlığını təmin edəcək
12.02.2016 [10:01]
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev Göygöl rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşüb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev fevralın 11-də Göygöl şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin Göygöl şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.
AZƏRTAC xəbər verir ki, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, iş adamları və sahibkarların iştirak etdikləri görüşdə çıxış edən Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov Prezident İlham Əliyevin tapşırığına əsasən bölgələrdə keçirilən görüşlərin məqsədinin mövcud problemləri öyrənmək və onların həlli yollarını müzakirə etməkdən ibarət olduğunu bildirib.
Görüşdə çıxış edən AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev bildirib ki, Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərin həlli, o cümlədən ölkənin davamlı inkişafının təmin olunması məqsədilə hökumət üzvləri qarşısında bir sıra həlli vacib vəzifələr qoyub. Bu vəzifələrə rəqabətqabiliyyətli və dayanıqlı iqtisadiyyatın təşkili, qeyri-neft sektorunun inkişafı, sahibkarlığın dəstəklənməsi, əlverişli biznes mühiti yaradılması və digər məsələlər daxildir.
Səttar Mehbalıyev deyib: “Məhz qeyri-neft sektorunun inkişafına dəstək rəqbətqabiliyyətli məhsul istehsalına şərait yaradacaq, yaxın gələcəkdə ölkəyə daha çox valyuta axınını təmin edəcək. Bu hədəflərə nail olmaq üçün idxal-ixrac əməliyyatlarının tam şəffaflaşdırılması, gömrük rəsmiləşdirmələrinin sadələşdirilməsi, qanunvericiliyin müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılır, əsaslı islahatlar həyata keçirilir. Bu tədbirlər bütün dövlət orqanlarının daha səmərəli və çevik fəaliyyət göstərməsinə imkan yaradacaq.
Bölgədə və dünyada cərəyan edən iqtisadi-siyasi prosesləri şərh edən S.Mehbalıyev diqqətə çatdırıb ki, son illərdə hökm sürən qlobal böhranın təsiri Azərbaycandan da yan keçməyib.
Bununla belə, Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət, ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində bu mənfi təsirləri minimuma endirmək mümkün olub. Azərbaycanın əsas ixrac məhsulu olan neftin qiymətinin kəskin şəkildə ucuzlaşmasına baxmayaraq, maaşlar, pensiya və müavinətlər artırılıb. Eləcə də sosial layihələr üçün nəzərdə tutulan vəsaitlərin həcmində azalma müşahidə olunmayıb.
Səttar Mehbalıyev əmin olduğunu bildirib ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin, verdiyi tapşırıqların icrası yaranmış çətinlikləri aradan qaldırmağa, sosial-iqtisadi inkişafın dayanıqlığını təmin etməyə imkan verəcək.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Rövşən Rzayev ölkəmizdə qeyri-neft sektoru və sahibkarlığın inkişafı məqsədilə qəbul olunan qanunlar və onların təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verib.
Daha sonra ictimaiyyət nümayəndələrinin təklif və müraciətləri dinlənilib. Sahibkarlar, fermerlər onların normal fəaliyyət göstərmələri üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Rayonda turizm, sənaye, kənd təsərrüfatı və xidmət sahələrinin daha da genişləndirilməsi üçün uzunmüddətli kreditlərin verilməsinə, həmçinin meliorasiya və su təsərrüfatı sahəsində mövcud problemlərin həllinə yönəlmiş təkliflər səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42

