/ / Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
07.05.2016 [09:22]
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda keçirilən məqalə müsabiqəsinə yekun vurulub.
Bununla əlaqədar mayın 6-da dövlət və hökumət rəsmilərinin, ictimaiyyət nümayəndələrinin və jurnalistlərin iştirakı ilə müsabiqə qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.
AQUPDK-da davam edən tədbirdə müsabiqənin nəticələri barədə məlumat verilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, müsabiqə Ümummilli lider Heydər Əliyevin Azərbaycan qadını haqqında söylədiyi fikir və tövsiyələri dövlət qadın siyasətinin inkişaf istiqamətlərinin proqramı kimi gənclər arasında təbliğ etmək, istedadlı jurnalistlərin yaradıcılıq imkanlarının aşkar olunmasına şərait yaratmaq məqsədilə keçirilib.
Hicran Hüseynova Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş məqalə müsabiqəsinin rəhbərlik etdiyi qurum tərəfindən hər il keçirildiyini deyib, bu nəcib işdə əməyi keçən hər kəsə, xüsusilə münsiflər heyətinə minnətdarlığını bildirib.
Milli Televiziya və Radio Şurası sədrinin müavini, “Kaspi” Təhsil Mərkəzinin və “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva çıxışında Ulu öndərin Azərbaycanda qadın hərəkatının inkişafına, qadınların ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməsinə hər zaman xüsusi önəm verdiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qadınların cəmiyyətdə rolunun artırılması, onların ictimai-siyasi proseslərdə daha yaxından iştirakının, gender bərabərliyinin təmin olunması, dövlət idarəçiliyində və seçkili orqanlarda təmsilçiliyinin artması ölkəmizdə uğurla həyata keçirilən dövlət qadın sıyasətinin bariz nümunəsidir.
Münsiflər heyəti adından çıxış edən Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) baş redaktoru Yaşar Quluzadə Ulu öndər Heydər Əliyevin qadın hüquqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi dövlət siyasətindən, bu sahədə qazanılan uğurlardan danışıb. O, müsabiqəyə təqdim olunmuş yazıların obyektivlik prinsipi əsasında seçildiyini qeyd edib, dövlət qadın siyasətini, bu sahədə qazanılan uğurları və problemləri işıqlandıran gənc jurnalistlərə yaradıcılıq uğurları arzulayıb.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Ulu öndərin zəngin siyasi irsinin gənclər tərəfindən öyrənilməsinin vacibliyini vurğulayıb, bu baxımdan belə müsabiqələrin keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Ombudsman qadınların ictimai-siyasi fəallığının artırılması istiqamətində qəbul olunmuş müvafiq sənədlərin əhəmiyyətini vurğulayıb.
Tədbirdə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Sonda qaliblər mükafatlandırılıblar. Müsabiqənin nəticələrinə əsasən, “Səs” qəzetinin informasiya şöbəsinin müdiri Rəfiqə Kamalqızı birinci yerə layiq görülüb. “Kaspi” qəzetinin əməkdaşı Şəbnəm Mehdizadə ikinci, “Mövqe” qəzetinin müxbiri Mübariz Bayramov isə üçüncü yerə sahib olublar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

