BDU-da elmi şuranın iclası olub
12.07.2016 [10:10]
Bakı Dövlət Universitetində (BDU) elmi şuranın bu tədris ilində son genişləndirilmiş iclası keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, universitetin rektoru, akademik Abel Məhərrəmov respublikamızda təhsilə dövlət qayğısından bəhs edib, Prezident İlham Əliyevin bu sahənin inkişafı istiqamətində imzaladığı fərman və sərəncamlar barədə məlumat verib. Rektor Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilmiş, Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda dövlətimizin başçısının Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, həmçinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması, respublikamızın uğurlu daxili və xarici siyasəti barədə çıxışına toxunub. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun və Formula-1” Avropa Qran-pri yarışlarının Bakıda yüksək səviyyədə təşkilindən danışan A.Məhərrəmov bildirib ki, bu tədbirlərdə BDU-nun 1000-dək tələbəsi könüllü olaraq iştirak edib.
Universitetin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva 2015/2016-cı tədris ilinin yaz semestrinin imtahan sessiyası və yekun dövlət attestasiyasının nəticələri, yay tədris və istehsalat təcrübələrinin keçirilməsi barədə məruzə ilə çıxış edib, Quba Tədris Təcrübə və İstirahət Mərkəzində təşkil edilən çöl təcrübələri haqqında ətraflı məlumat verib.
Tədbirdə BDU-nun Qazax filialının əsasnaməsinin və strukturunun təsdiqlənməsi, müsabiqənin keçirilməsi və elmi adların verilməsi, imtahan sessiyasında iştirak edən əlaqələndiricilərə mükafatların təqdim olunması, tədris planlarının təsdiqi, ilin nəticələrinə görə fərqlənənlərin mükafatlandırılması və digər məsələlərə baxılıb.
İclasda ilin nəticələrinə görə BDU-nun botanika kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Elşad Qurbanov və rus dilçiliyi kafedrasının müdiri, professor Lalə Quliyeva “İlin kafedra müdiri”, genetika və təkamül təlimi kafedrasının professoru Məcnun Babayev və arxeologiya və etnoqrafiya kafedrasının professoru Tarix Dostiyev “İlin müəllimi” adlarına layiq görülüblər. Həmçinin universitetin psixologiya kafedrasının professoru, Əməkdar elm xadimi, “Şöhrət” ordenli Əkbər Bayramova “BDU-nun fəxri professoru” fəxri adının verilməsi barədə qərar qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

