ADA Universiteti və “Təmiz Şəhər” ASC-nin təşkil etdiyi yay düşərgəsi yekunlaşıb
19.07.2016 [09:56]
ADA Universiteti və “Təmiz Şəhər” ASC-nin məktəblilər üçün təşkil etdiyi yay düşərgəsi yekunlaşıb.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iki həftə ərzində 80-dən çox şagird tullantıların idarə olunması, ətraf mühitin qorunması və digər mövzularda təlimlərdə, praktik məşğələlərdə və turlarda iştirak ediblər.
İyulun 18-də ADA Universitetində yay düşərgəsinin yekunlarına dair keçirilən tədbirdə iştirakçılar düşərgədə əldə etdikləri bilik və təcrübələr haqqında danışıblar, təəssüratlarını bölüşüblər. Daha sonra yay düşərgəsində iştirak etmiş şagirdlərə sertifikatlar təqdim olunub.
İyunun 20-dən iyulun 18-dək müddətdə təşkil olunan düşərgədə iştirakçılar tullantılarla rəftar, ətraf mühitin qorunması, Bakıda tullantıların idarə olunması ilə bağlı təlimlərdə iştirak ediblər, “Təmiz Şəhər”in Balaxanı qəsəbəsindəki tullantıların çeşidlənməsi və yandırılması zavodlarına baş çəkib iş prosesi ilə yerində tanış olublar. Həmçinin yeniyetmələr üçün Qalada yerləşən “Tullantıdan sənətə” muzeyinə tur təşkil olunub. Burada iştirakçılara tullantı materiallarından istifadə edərək müxtəlif əşyaların hazırlanması öyrədilib.
Məktəblilərə, həmçinin kommunikasiya, media, fotoqrafiya, kompyuter proqram təminatı kimi sahələr üzrə ölkənin ən öndə gedən mütəxəssisləri dərslər keçiblər. Düşərgənin akademik və yaradıcı hissədən ibarət olan proqramı ilə iştirakçılar ümumi dünyagörüşlərini, məntiqi və tənqidi təfəkkürlərini inkişaf etdirib, yeni dostlar qazanıblar.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

