Regionlarda əhaliyə səhiyyə xidmətinin səviyyəsi daha da yüksəlir
30.08.2016 [09:43]
Səhiyyə Nazirliyi Kürdəmir, Ağsu və Şamaxı rayonlarına press-tur təşkil edib
Səhiyyə müəssisələrinin təmir və bərpası, modern avadanlıqlarla, həmçinin vətəndaşların dərman vasitələri və preparatlarla təchiz edilməsi, müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, uşaqların bütün növ tibbi xidmətlərlə yüksək səviyyədə əhatə olunması ölkəmizdə səhiyyə sahəsində islahatların əsasını təşkil edir. Məhz dövlətin diqqət və qayğısı sayəsində regionlarda yaşayan əhalinin tibbi xidmətlərlə keyfiyyətli şəkildə təmin olunması üçün bütün növ müayinə və müalicəni, əməliyyatları həyata keçirməyə imkan verən yeni səhiyyə müəssisələri yaradılıb. Son illərdə bu sahənin daha da təkmilləşdirilməsi, müasir tibb ocaqlarının inşası və mövcud səhiyyə müəssisələrinin əsaslı bərpası geniş vüsət alıb.
Elə Səhiyyə Nazirliyi də regionlarda fəaliyyət göstərən tibb müəssisələrinin şəraiti ilə tanış olmaq və real vəziyyətlə bağlı əhalini məlumatlandırmaq məqsədilə Kürdəmir, Ağsu və Şamaxı rayonlarına növbəti press-tur təşkil edib. Press-tur çərçivəsində jurnalistlər ilk olaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına (MRX) baş çəkiblər.
Səhiyyə müəssisəsinin baş həkimi Məhəmməd Musayev bildirib ki, 2012-ci ildə əsaslı təmir olunaraq əhalinin xidmətinə verilən xəstəxana yeni laborator avadanlıqlar, ensefaloqrafiya aparatı, ən son model USM, müasir tələblərə cavab verən rentgen aparatı, müasir cərrahiyyə əməliyyatlarını keçirmək üçün lazım olan avadanlıqlarla təmin edilib. O cümlədən burada avtoklav, camaşırxana, yeni stomatoloji və oftalmoloji kabinetlər fəaliyyət göstərir: “Kürdəmir Mərkəzi Rayon Xəstəxanası 157 çarpayılıqdır. Şüa-diaqnostika, kliniki diaqnostika laboratoriya və ortopediya şöbəsi (20 çarpayılıq), cərrahiyyə (20 çarpayılıq), otorinolaringologiya (10 çarpayılıq), anesteziologiya-reanimatologiya (12 çarpayılıq), terapiya (30 çarpayılıq), yoluxucu xəstəliklər şöbəsi, təcili tibbi yardım şöbəsi, fizioterapiya və tibbi bərpa şöbəsi, hemodializ şöbəsi, poliklinika şöbəsi fəaliyyət göstərir. Həmçinin 13 həkim və 33 tibb məntəqəsi əhalinin xidmətinə verilib. Xəstəxanamızda 106 həkim və 398 nəfər orta ixtisaslı tibb işçisi çalışır”.
Onun sözlərinə görə, rayon üzrə 2687 şəkərli-diabet, 873 vərəm, 142 xroniki böyrək çatışmazlığı, 516 onkoloji xəstə var: “Hazırda 27 xəstə hemodializ şöbəsində qəbul edilir, əlillərə, Qarabağ müharibəsi əlillərinə, veteranlara, Böyük Vətən müharibəsi əlillərinə, Çernobıl əlillərinə növbədənkənar tibbi xidmətlər göstərilir”.
KİV nümayəndələrinin növbəti dayanacağı Ağsu Rayon Mərkəzi Xəstəxanası olub. Jurnalistlərə açıqlamasında xəstəxananın baş həkiminin müavini Əli Hüseynov vurğulayıb ki, 160 çarpayılıq Ağsu Rayon Mərkəzi Xəstəxanasının tikintisi 2012-ci ildə başlanıb və 2015-ci ilin sonunda başa çatdırılıb: “Əsas bina, yoluxucu xəstəliklər korpusu və 15 çarpayılıq vərəm dispanserindən ibarət olan xəstəxanada doğum, terapiya, cərrahiyyə, pediatriya, anesteziologiya-reanimasiya, patoloji-anatomiya, hemodializ, poliklinika şöbələri fəaliyyət göstərir. Bundan əlavə, şüa-diaqnostika, hemodializ və laboratoriya şöbələri də xəstələrin istifadəsinə verilib. Bu şöbələrin hamısı tibbin son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilib”.
Press-tur çərçivəsində media nümayəndələri Şamaxı Mərkəzi Rayon Xəstəxanasında da olublar. Xəstəxananın baş həkim müavini Fazil Məmmədov jurnalistlərə açıqlamasında vurğulayıb ki, rayonun 95 min əhalisinə 146 çarpayılıq olmaqla 2 xəstəxana - Şamaxı MRX və Göylər kənd xəstəxanası qulluq edir: “Həmçinin xəstəxanada 14 həkim və 20 tibb məntəqəsi var. Həkimlərin sayı 115, orta tibb işçiləri isə 265 nəfərdən ibarətdir”.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

