“İki polis əməkdaşı ölüb, başqa nə zərər çəkməliyəm?” - Taleh Bağırovun vəkilinə tutarlı cavab
01.09.2016 [09:43]
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Ceyhun İmamverdiyev ifadə verib.
O bildirib ki, idarəyə Taleh Bağırovun silahlı dəstə yaratması və Nardaran qəsəbəsində olması barədə daxil olmuş məlumat əsasında əməliyyat keçiriblər.
T.Bağırovun olduğu evə iki polis əməkdaşı daxil olan zaman qumbara atılıb və onlar yaralanıb. Xəbərdarlıq edilməsinə baxmayaraq, qarşı tərəf atəş açıb: “Biz də cavab atəşi açdıq. Mən güllə atanda hədəfi görmürdüm. Atdığım güllələrdən kiminsə ölüb-ölmədiyini bilmirəm”.
Daha sonra o, prokurorun və vəkillərin suallarını cavablandırıb. Bildirib ki, hal şahidlərini qrup rəhbəri dəvət edib və həmin evə birlikdə gediblər. Hadisə zamanı yaralanan şəxslərə isə ilkin tibbi yardım göstərilib, onlar xəstəxanaya aparılıblar.
Vəkillər ondan hansı zərəri çəkməsini soruşublar. C.İmamverdiyev ona güllə dəysə də, qoruyucu jilet olduğundan xəsarət almadığını deyib: “Bizə atəş açılıb, müqavimət göstərilib, iki polis əməkdaşı ölüb, başqa nə zərər çəkməliyəm?”
Prosesdə fasilə elan olunub.
Günün ikinci yarısında davam etdirilməli olan məhkəmə prosesi baş tutmayıb. Buna səbəb vəkillərin bəzilərinin hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesə gəlməməsi olub. Məhkəmə iclası sentyabrın 1-nə təxirə salınıb.
Qeyd edək ki, T.Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T.Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.
AXCP sədrinin müavini F.Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.
Xəbər lenti
Hamısına baxSiyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39

